Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

29.7.2015

AMEA Nizami adına Ədəbiyyat İnstitutu və

AMEA Folklor İnstitutu

“Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş

“Epos və etnos”

Beynəlxalq Simpoziumu
(6-7 noyabr 2015)

 

Simpozium elanı

Bu il “Kitabi-Dədə Qorqud” eposunun bir boyunun alman şərqşünas alimi F.F. Dits tərəfindən tərcümə və nəşr edilməsinin, haqqında olduqca dəyərli, bu gün də elmi əhəmiyyətini itirməmiş fikirlər söyləməsinin 200 ili tamam olur. Həmin vaxtdan təxminən 100 il sonra türk xalqları ölməz abidələrinə sahib çıxmış, ötən müddət ərzində “Kitabi-Dədə Qorqud”la bağlı çox sayda araşdırmalar aparılmışdır. Beləcə qorqudşünaslıq ayrıca sahə kimi formalaşdırılmışdır.
Əsrlərdən bəri milli-mənəvi varlığımızın tərkib hissəsinə çevrilən bu qiymətli abidə tarixi irsin qorunub saxlanmasında və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynamışdır. Elə buna görədir ki, ümummilli lider Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında” fərman və 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncam imzalamaqla kifayətlənməmiş, möhtəşəm yubiley tədbirlərinin keçirilməsində müstəsna rol oynamışdır. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.
“Kitabi-Dədə Qorqud” bir neçə dilə çevrilmiş, dünyanın bir çox ölkələrində nəfis nəşr edilmişdir. Bu əvəzsiz mənəvi sərvətimiz haqqında yalnız Azərbaycanda, Türkiyədə, İranda, Türkmənistanda deyil, həmçinin Avropa və Amerikada yaşayan görkəmli tədqiqatçılar olduqca dəyərli araşdırmalar aparsalar da, eposun yenidən öyrənilməsinə ehtiyac duyulur. Yeni araşdırmalardan xəbərdar olmaq üçün qorqudşünasların bir araya gəlib fikir mübadiləsi aparması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 20 fevral 2015-ci il tarixində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdır.
Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Kitabi-Dədə Qorqud”eposunun böyük əhəmiyyətini nəzərə alaraq AMEA Nizami adına Ədəbiyyat İnstitutu və AMEA Folklor İnstitutu birlikdə 6-7 noyabr 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” Beynəlxalq Simpoziumu keçirməyi qərara almışdır.

 

SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət

Akademik İsa HƏBİBBƏYLİ (AMEA Nizami adına Ədəbiyyat İnstitutu)

AMEA-nın müxbir üzvü Muxtar KAZIMOĞLU-İMANOV (AMEA Folklor İnstitutu)

Elmi heyət

Akademik Tofiq Hacıyev (AMEA Folklor İnstitutu)
Fil.ü.e.d., prof. Məhərrəm Qasımlı (AMEA Ədəbiyyat İnstitutu)
Fil.ü.e.d., prof. Məmməd Əliyev (AMEA Ədəbiyyat İnstitutu)
Fil.ü.e.d., prof. Qəzənfər Paşayev (AMEA Ədəbiyyat İnstitutu)
Fil.ü.e.d., prof. Bədirxan Əhmədov (AMEA Ədəbiyyat İnstitutu)
Fil.ü.e.d., prof. Kamran Əliyev (AMEA Folklor İnstitutu)
Fil.ü.e.d., prof. Məmmədəli Qıpçaq (AMEA Folklor İnstitutu)
Fil.ü.e.d., prof. Əzizxan Tanrıverdi (AMEA Folklor İnstitutu)
Fil.ü.e.d., prof. Füzuli Bayat (AMEA Folklor İnstitutu)
Fil.ü.e.d., prof. Seyfəddin Rzasoy (AMEA Folklor İnstitutu)
Fil.ü.f.d., dos. Əfzələddin Əsgər (AMEA Folklor İnstitutu)
Fil.ü.f.d., dos. Ağaverdi Xəlil (AMEA Folklor İnstitutu)
Fil.ü.f.d., dos. Əziz Ələkbərli (AMEA Folklor İnstitutu)

Katiblər

Fil.ü.f.d., dos. Nail Qurbanov (AMEA Folklor İnstitutu)
Fil.ü.f.d., dos. Ləman Süleymanova (AMEA Folklor İnstitutu)
Mehman Həsənli (AMEA Ədəbiyyat İnstitutu)

MƏRUZƏLƏRDƏ DİQQƏT YETİRİLMƏLİ MÖVZULAR

• Kitabi-Dədə Qorqudla səsləşən Azərbaycan mif və əfsanələri
• Kitabi-Dədə Qorqud və ümumtürk tarixi
• Kitabi-Dədə Qorqud və qədim türk dilləri
• Kitabi-Dədə Qorqud və türk sənəti
• Kitabi-Dədə Qorqudun türk dastanlarına təsiri
• Kitabi-Dədə Qorqud dastanlarındakı şeirlərin qədim türk musiqisi ilə bağlılığı
• Kitabi-Dədə Qorqudda təlim-tərbiyə məsələsi
• Kitabi-Dədə Qorqud və türk dövlətçilik ənənəsi
• Kitabi-Dədə Qorqudda qədim türk coğrafiyasının izləri
• Kitabi-Dədə Qorqudda Azərbaycanla bağlı toponimlər
• Kitabi-Dədə Qorqudda düşmən surətlərin ərazisi, dini, dili və irqi
• Kitabi-Dədə Qorqudu araşdıran alimlər

Simpoziumun təqvimi

Özətlərin son göndərilmə tarixi: 10 oktyabr 2015
Qəbul edilənlərin son elan olunma tarixi: 15 oktyabr 2015
Simpoziumun keçirilmə tarixi: 6-7 noyabr 2015

Məruzənin yazılma qaydaları

Simpozium materiallarında yayımlanacaq məruzələr 15 səhifədən artıq olmamalıdır.
Məruzələr Azərbaycan, türk, rus və ingilis dillərindən birində ola bilər.
Başlıq, Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır.

Müəllifin adı, soyadı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır.
Elmi dərəcə Times New Roman, 11 Pt, ortada, italik ilə açıq şəkildə qeyd edilməlidir.
Elektron ünvan Times New Roman, 10 Pt, italik ortada yazılmalıdır. Məsələn: AMEA Folklor İnstitutu, Xarici əlaqələr bölümü, BAKI, .......@.....

Özət

Özət mətni dik, Times New Roman, 11 punto, paraqraf verilərək yazılmalı,
200 – 300 sözdən ibarət olmalıdır.

Açar sözlər: 8-12 sözdən ibarət olmalıdır.

Giriş

Dik, 11 punto, paraqraf verilərək (1,25 sm) yazılmalıdır.

1.1.Yarımbaşlıqlar

Dik, 11 punto, paraqraf başı verilərək (1,25 sm) yazılmalı, qaynaq nömrələri göstərilməlidir.

Sonuc

QAYNAQLAR

APA stilinə uyğun yazılmalıdır.
Məsələn: Şamil, A. (2010). Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı. Bakı: NURLAN
Özətlər doldurulmuş forma ilə birlikdə 10 oktyabr 2015 tarixinədək
epos_etnossimpoziumu@yahoo.com e-mail ünvanına göndərilməlidir.

MÜRACİƏT FORMU

Müəllifin adı, soyadı

 

Elmi dərəcəsi

Çalışdığı qurum

 

Bölmə  

 

E-mail

 

Telefon nömrəsi ( ölkə kodu il ə birlikdə )

Ev ünvanı (poçt indeksi ilə birlikdə)

Ölkə, şəhər     

 

Məruzə başlığı

 

Açar sözlər

 

Özət

 

 

 

 

 

 

Yol və otel xərcləri

Simpoziuma dəvət edilənlərin yol xərcləri özlərinə, otel və yemək xərcləri Təşkilat Komitəsinə aiddir.

Əlaqə

Yazışma ünvanı: Az1001, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
AMEA Nizami Adına Ədəbiyyat İnstitutu: (+99 412) 537-08-59
AMEA Folklor İnstitutu (+99 412) 492 93 14
Faks nömrəsi: (+99412) 492-93-14
E-poçt adresi: epos_etnossimpoziumu@yahoo.com
İnternet adresi: http://folklorinstitutu.com

Simpoziumun açılış toplantısı Bakı şəhəri, H.Cavid pr. 129 ünvanında, AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında keçiriləcək (IV mərtəbə).

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.