Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
10.7.2015

Osmanqazi Universiteti ilə Folklor İnstitutu arasında əlaqələr genişlənir

Türk dünyası oyun və oyuncaqları sahəsində araşdırma aparan Osmanqazi Universitetinin müəllimləri Yalçın Bay və Neslihan Bay iyulun 10-da AMEA Folklor İnstitutunda olublar.
İnstitutun direktoru Muxtar Kazımoğlu qonaqlarla görüşdə Folklor İnstitutunun xalq oyunlarının toplanması və tədqiqi sahəsində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, Folklor İnstitutu 2014-cü ildə Elm Fondunun maliyyə dəstəyi ilə Qarabağ xalq oyunlarının toplanması və tədqiqi ilə bağlı layihə həyata keçirib. Layihə çərçivəsində bölgənin 5 yaşayış məntəqəsinə səfərlər təşkil olunub, 100-ə qədər xalq oyunu və meydan tamaşası toplanıb, foto və videoçəkilişlər aparılıb. Bundan əlavə, AMEA Folklor İnstitutu Tərtər rayon İcra Hakimiyyəti, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə 2014-cü il noyabrın 14-də «Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları» mövzusunda Tərtər şəhərində beynəlxalq elmi konfrans keçirib. Konfransda yerli ictimaiyyətin də iştirakı ilə tədqiqatçıların xalq oyunlarına dair məruzələr dinlənilib, müzakirələr aparılıb.


Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaqlar Osmanqazi Universiteti Egitim fakültəsinin gerçəkləşdirdiyi “Türk dünyası uşaq oyunları və oyuncaqları” layihəsi haqqında məlumat veriblər. Bildirilib ki, iki mərhələdən ibarət olan layihənin ilk mərhələsi sahə araşdırmalarına həsr olunub. Bu mərhələdə türk xalqlarının yaşadığı ölkələrə səfər etmək, orada oynanılan oyun və oyuncaqları toplamaq, oyunların uşaqların təlim və tərbiyəsində rolunun araşdırılması, həmçinin müxtəlif türk xalqlarının folklor mütəxəssislərindən ibarət 120 nəfərlik qrupun formalaşdırılması, oyunların toplanması və tədqiqinə onların da cəlb olunması nəzərdə tutulur. Sahə araşdırmaları tamamlanandan sonra layihənin ikinci mərhələsi başlayacaq ki, bu mərhələdə oyunların uşaq bağçalarında və orta məktəblərdə tədris proqramına daxil edilməsi, müəyyən mövzuların öyrədilməsində oyunlardan istifadə olunması, oyunları tədris edəcək müəllimlərin yetişdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində həm də oyun və oyuncaqlardan ibarət muzeyin yaradılması, “Türk dünyası uşaq oyun və oyuncaqları” kitabının hazırlanması, uşaq oyunlarına həsr olunmuş olimpiadaların təşkili planlaşdırılır.
Görüşdə Folklor İnstitutu ilə Osmanqazi Universiteti arasında uşaq oyunlarının toplanması və tədqiqi sahəsində təcrübə mübadiləsinin aparılması, layihənin gerçəkləşməsinə azərbaycanlı mütəxəssislərin də lazımi dəstək verəcəyi vurğulanıb.
Səfər çərçivəsində qonaqların uşaq bağçalarına, orta məktəblərə, bölgələrə səfəri və yerli sakinlərlə görüşü nəzərdə tutulur.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.