Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
10.7.2015

Abşeron yarımadasının folklor nümunələri

Bakı-Abşeron folkloru janr, mövzu, süjet quruluşu, obrazlar sistemi, ideyası və s. baxımdan milli folklorumuza xas olan özəllikləri dolğun şəkildə özündə yaşadır.
Oxucularda və tədqiqatçılarda böyük maraq doğuran bu folklor nümunələrinin bir hissəsi “Bakı folklor nümunələri-1” (“Elm və Təhsil” nəşr, 2014) kitabında işıq üzü görmüşdür. Tədqiqata ilk dəfə cəlb olunan Abşeron yarımadası folklorunun toplanması və nəşrinin layihə rəhbəri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar Kazımoğlu, tərtibçilər filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov və Afaq Ramazanovadır.
Son 150 ildə xalq təsərrüfatının, xüsusilə neft-qaz sənayesinin inkişafının nəticəsi olaraq Bakı müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin qaynayıb-qarışdığı yer olmuşdur. Bəzi siyasi, iqtisadi və sosial səbəblərdən Bakıya edilən kütləvi köçlər regionun folkloruna əlavə rənglər qatmış, yeni mövzu və məzmunla zənginləşdirmişdir. Bu proses indi də davam edir.
Bakı-Abşeron folklorunun toplanması və sistemli şəkildə nəşrini qarşıya məqsəd qoymuş AMEA-nın Folklor İnstitutu bunun üçün Azərbaycan dövri mətbuatının böyük bir hissəsini səhifə-səhifə izləmiş, XIX əsrdən üzübəri qəzet və jurnallar, elmi-kütləvi nəşrlər ciddi şəkildə araşdırılmışdır.
Kitabda toplanmış folklor örnəklərinin böyük bir qismi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor və etnoqrafik materiallardır. Onların çoxu görkəmli aktyor Hüseynqulu Sarabskinin folklorunda yer almışdır. Bakı folkloru, etnoqrafiyası və mərasimlərini əhatə edən həmin materiallar H.Sarabskinin özü tərəfindən müxtəlif illərdə toplanmışdır. H.Sarabskinin şəxsi arxivindən Azərbaycan ədəbi-mədəni fikrinin görkəmli nümayəndəsi Əziz Şərifin ruscaya tərcüməsində Bakının mərasim və uşaq folkloruna dair mətnlər də üzə çıxmışdır. Kitabda böyük şairimiz Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru nümunələrinə də geniş yer verilmişdir.
Ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları və el şairlərinə həsr olunmuş yazılar da bu cildə daxil edilmişdir. “Atalar sözləri, məsəllər”, “Zərbi-məsəllər, idiomlar”, “Tapmacalar”, “Bayatılar”, “Lətifələr”, “Nağıllar”, “Şəbədələr”, “ Mərasim folkloru”, “Pirlər, ziyarətgahlar”, “Musiqi folkloru”, “Uşaq folkloru”, “Oyunlar”, “El şairləri” kimi bölmələrdən ibarət 306 səhifəlik bu kitab folklorşünas tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

R.SALMANLI,
“Azərbaycan”
07 İyul 2015

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.