Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
3.7.2015

AMEA-nın müxbir üzvü Muxtar İmanova
AMEA-nın Fəxri Fərmanı təqdim edilib

İyunun 24-də AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətə görə və 60 illik yubileyi münasibətilə AMEA Folklor İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanova AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Bildirək ki, may ayının 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 10/9 nömrəli qərar qəbul edib. Qərarı AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev imzalayıblar.
Qərarda bildirilir ki, 2015-ci il may ayının 28-də görkəmli folklorşünas alim, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun 60 yaşı tamam olur. AMEA-nın müxbir üzvü Muxtar İmanov 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1984-cü ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Muxtar İmanov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Folklor İnstitutunda böyük və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 2011- ci ildən AMEA-nın Folklor İnstitutunun direktorudur. AMEA-nın müxbir üzvü Muxtar İmanov bir müddət “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur. Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ədəbiyyat fənni üzrə Elmi-Metodiki Seminarın rəhbəri və Ekspert Şurasının sədri, həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım şurasının üzvüdür. Muxtar İmanov “Müasir Azərbaycan nəsrində psixologizm”, “Gülüşün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləşməsi”, “Epos. Nəsr. Problemlər”, “Portretlər”, “Folklor həm keçmiş, həm də bugündür” kimi 7 monoqrafiya və kitabın, 120-dən artıq elmi əsərin, 115 məqalənin müəllifidir. Onun Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və s. xarici ölkələrdə elmi əsərləri və məqalələri nəşr olunmuşdur. Görkəmli folklorşünas alimin elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklorşünaslığın bir sıra aktual problemlərinə həsr olunmuşdur. İlk dəfə onun araşdırmalarında Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilmiş, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilmişdir. AMEA-nın müxbir üzvü Muxtar İmanov yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirmiş, ədəbi düşüncənin yazılı və şıfahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının ilk nəzəri təhlil standartlarını təqdim etmişdir. Görkəmli alim Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr olunması sahəsində xidmətlər göstərmişdir. O, “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası, VII kitab) və 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplularının həmmüəllifi və layihə rəhbəridir. O, Türkiyə, Şimali Kipr Respublikası, Gürcüstan, Rusiya və digər ölkələrdə keçirilmiş bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan folklorşünaslıq elmini layiqli təmsil etmişdir.
AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Muxtar İmanovun Azərbaycan folklorşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, anadan olmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

QƏRARA ALIR:

1. AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun 60 illik yubileyi ilə əlaqədar təltif edilməsi haqqında müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılsın.
2. AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanov AMEA-nın Fəxri Fərmanı ilə təltif edilsin.
3. AMEA-nın Folklor İnstitutuna tapşırılsın ki, AMEA-nın müxbir üzvü Muxtar İmanovun 60 illiyinə həsr edilmiş elmi sessiya keçirilsin.
4. AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova) və “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinə (Hafiz Abıyev) tapşırılsın:
4.1. AMEA-nın müxbir üzvü Muxtar İmanovun əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb nəşr edilsin;
4.2. Hazırlanmış materiallar Milli rəqəmsal yaddaşda yerləşdirilsin;
4.3. “Muxtar İmanov” adlı elektron məlumat bazası yaradılsın.
5. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilsin.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.