8.6.2015
Elmi Şuranın növbəti iclası keçirilib
 İyunun 3-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar İmanov (Kazımoğlu) açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
İlk olaraq Folklor İnstitutunun elmi-tədqiqat şöbələrinin 2015-ci ilin I yarısı üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı dinlənilib. Məsələ ilə bağlı şöbə müdirləri – fil.ü.e.d. F.Bayat, fil.ü.e.d. S.Rzasoy, sən.ü.e.d. N.Rəhimbəyli, fil.ü.f.d. R.Xəlilov, fil.ü.f.d. A.Xəlil, fil.ü.f.d. E.Məmmədli və b. məlumat veriblər. İnstitutun ilin I yarısı üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra İnstitutun “Klassik folklor” şöbəsinin b.e.i., fil.ü.f.d. S.Abbaslıya dosent adının verilməsi barədə məsələyə baxılıb. Elmi Şura S.Abbaslıya dosent adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılmasına səs verib.
Sonda bio.ü.f.d. N.Həkimovanın “Azərbaycan xalq təbabəti: nəzəriyyə və təcrübə” (elmi redaktoru F.Bayat) kitabının Elmi Şuranın qərarı ilə çapı barədə qərar qəbul edilib.  |