5.6.2015
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” Ümumrespublika Konfransı keçirilmişdir

4 iyun 2015-ci ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” Ümumrespublika Konfransı keçirilmişdir.
Konfransda Folklor İnstitutunun əməkdaşları da iştirak etmişlər. İnstitutun əməkdaşlarından f.ü.f.dr. Şakir Albalıyev “Şəhidlər” poemasının ideya-tərbiyəvi əhəmiyyəti”, Qumru Şəhriyar isə “Türkdilli mətnlərin Azərbaycan dilinə tərcüməsi zamanı yaranan problemlər” mövzusunda məruzə ilə çıxış etmişlər. |