Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
2.6.2015

“Xocalı 613” və “Köçkünlər” əsərlərinin müəllifi Pyer Tilua AMEA Folklor İnstitutunu ziyarət edib

Azərbaycanla sıx bağlı olan və ölkəmiz haqqında dəyərli əsərlərin müəllifi, bəstəkar Pyer Tilua Bakıya növbəti səfəri zamanı AMEA Folklor İnstitutunu ziyarət etmişdir.
Bəstəkarı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) qəbul etmişdir. Qəbulda “Musiqi folkloru” şöbəsinin müdiri, prof. Nailə Rəhimbəyli, “Xarici əlaqələr” bölməsinin müdiri Əli Şamil də iştirak etmişlər. Tərəflər Azərbaycan xalq musiqisi, muğam və aşıq musiqisi haqqında geniş söhbət etmişlər. Eyni zamanda, bəstəkara “Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumat verilmiş və bu dastana musiqi bəstələməsi təklif olunmuşdur. Bəstəkar bu təklifi razılıqla qarşılamışdır. Bəstəkar xanımının da Azərbaycan aşıq musiqisi və muğam ilə bağlı araşdırma apardığını qeyd etmişdir.
Qeyd edək ki, Pyer Tilua 1970-ci il anadan olmuş, Salzburqda Mozart Beynəlxalq Akademiyası və Luksemburq Konservatoriyasında təhsil almış, yaradıcılığa 1990-cı ildə başlamışdır. 1998, 2005, 2008-ci illərdə müxtəlif mükafatlarla təltif edilmişdir.


Bunlardan başqa, 2001-ci ildə Nyu-York şəhərində nüfuzlu Rokfeller Fondunun təşəbbüsü ilə keçirilən tədbirdə “Lax Dalliyans” əsəri ilə Avropadan yeganə laureat olmuşdur. 2009-cu ildə Auson Akademiyasının mükafatı ilə təltif edilmişdir.
P.Tilua Azərbaycanın Fransadakı səfirliyi ilə mütəmadi əməkdaşlıq edir. Tez-tez Azərbaycanı ziyarət edir və Azərbaycan mədəniyyəti, folkloru ilə yaxından tanış olmaq imkanı əldə edir. Hindistan, Mərkəzi Asiya, Yaxın Şərq səyahətləri bəstəkarın yaradıcılığına təsir etmişdir. O, gəzdiyi yerlərin musiqisi ilə Fransa musiqisini sintez etməyi bacarmışdır. Xatırladaq ki, o, Qara Qarayevin də əsərlərindən təsirlənərək Fransa musiqisi ilə sintez etmişdir.
P.Tiluanın “Xocalı 613” simfoniyası Xocalı faciəsinə həsr olunub. “613” rəqəmi Xocalıda şəhid olanların sayını ifadə edir. Bəstəkarın yeni “Exile” (“Köçkünlər”) əsəri də Azərbaycanda soyqırımlar zamanı öldürülmüş və ata-baba ocağından didərgin salınmış insanlara həsr olunmuşdur.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.