Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Dəyərli alimin yubileyi qeyd olunacaq

AMEA-nın müxbir üzvü Muxtar İmanovun 60 yaşı tamam olur

Bu il mayın 28-də tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun 60 yaşı tamam olur. Dəyərli alim 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1984-cü ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Muxtar İmanov 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Muxtar İmanov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Folklor İnstitutunda böyük və aparıcı elmi işçi vəzifələrində çalışıb. O, 2011-ci ildən AMEA-nın Folklor İnstitutunun direktorudur.
AMEA-nın müxbir üzvü Muxtar İmanov bir müddət “Yazıçı” nəşriyyatının baş redaktoru olub. Tanınmış alim hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında “ədəbiyyat” fənni üzrə elmi-metodiki seminarın rəhbəri və Ekspert Şurasının sədri, həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvüdür.
Muxtar İmanov “Müasir Azərbaycan nəsrində psixologizm”, “Gülüşün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləşməsi”, “Folklor həm keçmiş, həm də bugündür” kimi 7 monoqrafiya və kitabın, 120-dən artıq elmi əsərin, 115 məqalənin müəllifidir. Onun Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və s. xarici ölkələrdə elmi əsərləri və məqalələri nəşr olunub.
Folklorşünas alimin elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklorşünaslığın bir sıra aktual problemlərinə həsr edilib.
İlk dəfə onun araşdırmalarında Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilib, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilib.
AMEA-nın müxbir üzvü Muxtar İmanov yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirib, ədəbi düşüncənin yazılı və şıfahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının ilk nəzəri təhlil standartlarını təqdim edib.
Muxtar İmanovun Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr olunması sahəsində xidmətləri böyükdür. O, “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası, VII kitab) və 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplularının layihə rəhbəri və həmmüəllifidir.
O, Türkiyə, Şimali Kipr Respublikası, Gürcüstan, Rusiya və digər ölkələrdə keçirilmiş bir sıra Beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan folklorşünaslıq elmini layiqli təmsil edib.
AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Muxtar İmanovun Azərbaycan folklorşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, anadan olmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Muxtar Kazım oğlu İmanovun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edib. Həmin qərara əsasən AMEA-nın Folklor İnstitutunda AMEA-nın müxbir üzvü Muxtar İmanovun 60 illiyinə həsr edilmiş elmi sessiya keçiriləcək. AMEA-nın Mərkəzi Elmi Kitabxanası və “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi tanınmış alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlayıb nəşr edəcək. Hazırlanmış materiallar Milli rəqəmsal yaddaşda yerləşdiriləcək və “Muxtar İmanov” adlı elektron məlumat bazası yaradılacaq.

22 may 2015, "Elm" qəzeti

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.