21.5.2015
Folklor İnstitutunun əməkdaşı Naxçıvanda keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir

AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin əməkdaşı Qumru Şəhriyar 11-12 may 2015-ci il tarixində Naxçıvan şəhərində keçirilən “Naxçıvan və Şərqi Anadolu abidələri” adlı beynəlxalq elmi konfransda iştirak etmişdir.
Konfransa Azərbaycan və Türkiyənin elmi və mədəni qurumlarını təmsil edən çoxsaylı nümayəndə qatılmışdır.
Konfransda Qumru Şəhriyar “İqnatc Knoşun Anadolu xalq ədəbiyyatına və dilbiliminə qatqıları” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində Azərbaycan və Anadolunun xalq ədəbiyyatının toplanması və öyrənilməsində böyük xidmətləri olan İ.Knoşun fəaliyyətini və tədqiqatlarını işıqlandırmışdır. |