Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
16.5.2015

Folklor İnstitutunun əməkdaşları “Kərbəla və Hz. Hüseyn” beynəlxalq elmi simpoziumunda iştirak ediblər

2015-ci il mayın 14-15-də Türkiyənin paytaxtı Ankarada Hüseyn Qazi Kültür və Sənət Vəqfinin təşkilatçılığı ilə “Kərbəla və Hz. Hüseyn” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumda Azərbaycanın elmi, mədəni və ictimai qurumlarını təmsil edən 10-a yaxın alim də iştirak etmişdir. AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d. Füzuli Bayat simpoziumda sədrlik etmişdir. Onun “Dini folklor anlayışı və şifahi ənənədə yaşayan Kərbəla olayları” adlı məruzəsi böyük marağa səbəb olmuşdur.
Qeyd edək ki, Hüseyn Qazi Kültür və Sənət Vəqfi ilə sıx əməkdaşlıq edən Füzuli Bayat həmin qurumun Şah İsmayıl Xətayi və Məhəmməd Füzuliyə həsr olunmuş simpoziumlarının da təşkilati işlərində aktiv iştirak etmişdir.
Simpoziumda AMEA Folklor İnstitutunun digər təmsilçisi, “Xarici əlaqələr” bölməsinin müdiri Əli Şamilin “Füzulinin “Hədiqət üs-süəda” əsərinin Albaniya mühitinə təsiri” adlı məruzəsi də dinlənilmişdir.
Simpoziumun sonunda iştirakçılar Hüseyin Qazi dağındakı ziyarətgahda olmuş, ələvilərin Lokma mərasimində şam etmiş və Cem mərasiminə baxmışlar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.