22.4.2015
Türkmənistanlı alim Folklor İnstitutunu ziyarət edib
 Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun elmi katibi, Kakajan Janıbekov və Türkiyənin Azərbaycandakı səfirliyinə bağlı Bakü Türk Anadolu liseyinin müəllimi Hayri Ataş 2015-ci il aprelin 17-də AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu İmanov ilə görüşüb.
Tərəflər görüş zamanı qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət haqqında razılığa gəliblər.
Qeyd edək ki, Hayri Ataş 20-ci əsr Azərbaycan ədəbiyyatı ilə bağlı elmi araşdırmalar aparır.
Kakajan Janıbekov isə Xarəzmşahlar dövrünün tədqiqi ilə məşğul olur və bu sahədə Azərbaycanlı elm adamları ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində alim Şirvanşahlar və Xarəzmlər dövlətləri arasındakı mədəni-iqtisadi əlaqələrə dair maraqlı faktlar ortaya çıxarıb.

 |