Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
21.4.2015

...Bir doyunca gülmədim

Gəl-gəl, a sarı bülbül,
Dərdin hasarı bülbül.
Tikilməz könlüm evi
Ha tik, ha sarı, bülbül.
Müəllif

Həmişə mənə elə gəlib ki, bu həyatı qədərincə görmüşəm; nə bir dərd, nə bir ağrı, nə təhəri olmayan ölümlər, nə də axarı bilinməyən qanlar məni sarsıda bilməz.
Və yarımistehza və bəlkə yarımhəqiqət təhərində həyatın mənə göstərdiyi görklərin qabağında dayanıb özüm-özümə «gör» deyirəm. Gör ki, bu dünyanın necə təhərsiz haqq-hesabları var; ölçüyə gəlməz, miqyasa sığmaz dərd seli gəlir. Gəl bunun qabağında dur.
Gözümün qabağında cavan bir ata dayanıb. Hər gələnin önündə yanındakı doğmaları ilə - Kamran Əliyev, Akif İmanlı... tanıdığım, tanımadığım kimsələrlə sıralanıb ayağa qalxır. Özünün mənəvi təpərini, gücünü göstərmək istəyir; amma nə qədər iradəsinə hökm eləsə də, yenə çiyinləri basıq, beli bükükdür. Və bu anlarda dünyanın bütün maddiliklərinin hamısını ona versən belə yenə də belinin büküyü açıla bilməz, qəddini şax tuta bilməz...
...Muxtar İmanov alimdir. Və alimliyi ilə Azərbaycanın mənəvi mühitində bəlkə yaşından bir qədər saçını tez ağartdığı kimi şöhrətini də tez qazanıb. Tədqiqatının, təfəkkürünün, sözün həqiqi mənasında, şəxsiyyət kimi böyük tərbiyəsinin sayəsində istər rəsmi, istərsə də qeyri-rəsmi dairələrdə çox tez etiraf olunub; həqiqətin qabağında heç nə tab gətirmir. Ən müxtəlif şəkildə xəbislərin narazılığı, razıların təqdiri ilə həqiqət öz nizamını qurmur. Həqiqətin əbədi, dönməz, bəzən sürətli, bəzən ləngərli axarı var.
Muxtar İmanov akademiyanın müxbir üzvü seçildi. Bəlkə də bu Azərbaycan elmi mənəvi mühitinin etirafını cavan bir ailə bayram kimi böyük sevinclərlə qarşılamışdı.
Ata-ana doğan günəşin işığı altında iki oğluna baxıb qızılı günəşin üzünə gülməyi də özlərinə taleyin, bəxtin payı kimi qəbul eləyirdi.
...Amma yox. Bir ölüm adlı şər də yeriyirdi. Bəlkə də Azərbaycan aləminin içində bir ailənin üzünə doğmuş günəşin qabağını kəsmək, özünün qara bulud donunu bu işığın önünə tutmaq istəyirdi. Ölümün dişi qıcanırdı, hardan ağız atırdısa, ordan həyatın uğuru ağzından vururdu. Qamaşan dişləri ilə geri çəkilirdi. Ölüm yanıb-yaxılırdı. Bir bəxtəvər talenin, bir xoş gün yaşayan ailənin içdiyi şirin şərbətə yaxın düşə bilmirdi. Necə də istəyirdi bu şirin şərbəti zəhərə, ağıya döndərsin.
Muxtar İmanov vaxtından əvvəl ağartdığı saçları ilə yaşadığı ömürdə təkcə elm üçün yox, həm də cəmiyyətə ağıllı övlad vermək üçün çalışmışdı. Bütün varlığı ilə bir dünya qurmaq istəyirdi ki, o dünyada oğulları bir üfüq saraltısında ona qürurla əl eləsinlər. O da ömrünün bir zirvə çağında, bir dağlıq zirvəsindən özündən sonrakı həyatı yaşadacaq oğullarına bir kamlıqla, bir mənəvi doyumluqla - mən sizin üçün yaşadım. Mən sizin idiliniz üçün, varlığınız üçün yaşadım - desin.
...Və ölüm heç kimin ağlına gəlməyən bir yerdən irəli yeridi. Toğrul Muxtar oğlunun düz sinəsinə əl uzatdı, ürəyinin başına əlini sancdı. Ölümün caynaqları çox iti və o qədər uzun idi ki, artıq dünyanın özü ilə üzbəüz duracaq bir gənci bu dünyasından qopardı... apardı.
Bildiyimə görə, Muxtar İmanovun iki oğlu var. Və 29 yaşında dünyanı bütün əlvanlığı ilə qoyub gedən Toğrul İmanov ali təhsil almışdı. Bəlkə də hardasa bir kiçik məmur rütbəsi daşıyır, bəlkə gələcəyin hörmət-izzət sahibi olacaq müdriklərindən, aqillərindən biri olacaqdı. Və heç şübhəsiz, onun yaşadığı həyatı, böyüdüyü mühiti, onun kimliyini təsəvvür eləmək heç də çətin deyildi. Amma qəza-qədər kimsə ilə yaxınlığı, doğmalığı, düşmənliyi, əzizliyi bilinməyən ölüm adlı bir xislət də var ki, vaxtından çox qabaq Toğrulu yaxalaya bildi.
Hələ təzə-təzə bu dünyanın gözəlliyi, bu dünyanın yaşarılığı haqqında doyunca danışmağa macal tapmamış bir ailənin o şirin şərbətinə ağı, acı qatdı. ...Bəlkə də heç bu qeydləri yazmazdım. Daha doğrusu, yaza bilməzdim. Amma bizim Şakirlə birgə heç kimin arzulamadığı bir görüşə getdim. Muxtar İmanovla görüşə. Və elə orda da dedim: «Təskinlik üçün heç bir söz yoxdu». Amma elə həmin andaca axın-axın gələn insan selinə baxıb düşündüm: Əgər bu gələnlər olmasaydı, onda heç insan bu qədər miqyasa gəlməyən dərdin qabağında davam gətirə bilməzdi.
Gördüm ki, söz ürəyimdə qövr eləyir, yara açır. Və divardan hamı kimi mənə də yaşarı ölümsüz nəzərlərlə baxan Toğrulun şəklinə baxdım.
Yaxşı bilirəm, Vətənə, millətə, dünyaya ləyaqətli bir övlad bəxş eləmək necə çətindir və nəyin bahasına başa gəlir? Çox istədim ki, Toğrulun bir şəklini də tapım. Amma çətin oldu. Yenə doğma insanlara - məni başa düşəcək dostlarıma üz tutdum. Eyni dərəcədə çətinlik, eyni dərəcədə yoxluq. Az qala ruhdan düşəcəkdim. Xanəli Kərimli birinci hay verdi. O da Abuzər Gülməmmədov adlı inandığı bir kimsənin adını çəkdi. Və o da bizi naümid qoymadı. Toğrulun bir şəklini tapıb ünvanımıza göndərdi.
Sən demə, dərdin necə yüngülləşən məqamları varmış. Mən elə bildim ki, Toğrul köçüb getdiyi o əbədi sükut vadisindən qayıdıb bizim qəzetin üzünə gəldi.
...Sən demə, insan dərdin içində də bir sevinəcək tapa bilərmiş. Nə bilmək olar, bəlkə, Tanrı bu yurdun, bu xalqın üstünə gələcək daha böyük bəlanı bu qəza-qədərlə əvəzləyib.
Və mən bir həqiqəti də gördüm: axın-axın gələn insanların gözlərində duyduğum, gördüyüm bu həqiqət Toğrulun ölmədiyinə inam idi. Və bir daha inandım ki, Muxtar İmanov bundan sonra daha əlavə bir ömür də yaşayacaq, dünyadan vaxtsız getmiş Toğrulun əvəzinə…

Əli Rza XƏLƏFLİ
15.04.2015

"Kredo" qəzeti, 17 aprel 2015-ci il.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.