21.4.2015
Ağır itki

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanovun kiçik oğlu Toğrul İmanov 7 aprel 2015-ci ildə 29 yaşında həkimlərin savadsızlığı və səhlənkarlığı ucbatından dünyasını dəyişib.
Toğrul İmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakultəsini bitirmişdi, Nərimanov Rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışırdı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə əlavə təhsil alırdı.
Yenicə ailə qurmuşdu, övlad gözləyirdi. Ömrünün son saatlarında Toğrul İmanovun dediklərindən biri bu olub: “Qızımı görməmiş ölmək istəmirəm...”