8.4.2015 “Ahısqalı Xəstə Hasan” Türkiyə mətbuatında
 Türkiyədə nəşr olunan “Bizim Ahıska” rüblük kültür jurnalı bütün saylarını internet saytına yerləşdirdiyindən dünyanın bir çox yerlərindən oxucu kütləsi qazanmışdır.
Jurnalın 2015-ci il qış buraxılışı, 37-ci sayında AMEA Folklor İnstitutunun əməkdaşı fil.ü.f.d. Nailə Əskərin “Ahıska Âşık Muhitinden Bir Usta: Hasta Hasan” adlı məqaləsi yayımlanmışdır. Məqalə AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə 2012-ci ildə çap olunmuş “Ahısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında rəvayətlər)” kitabı haqqındadır.
AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil hazırladığı bu kitabda qədim və zəngin Ağbaba – Çıldır aşıq mihitinin Ahısqa qolunun ümümi mənzərəsini yaratmış, oxuculara Xəstə Hasan, onun ustadları, müasirləri və şəyirdləri haqqında ümumi bilgi verilmiş, həmçinin bölgənin siyasi tarixi, coğrafiyası, adət-ənənələri və ümumən mədəniyyəti haqqında dolğun təsəvvür yaratmışdır.
Məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz. |