Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
18.3.2015

Folklor İnstitutu Novruz bayramını qeyd edib

Martın 17-də AMEA-nın Folklor İnstitutu Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi ilə birgə adıçəkilən sarayda Novruz bayramı münasibətilə ənənəvi tədbir keçirib.
Tədbiri giriş sözü ilə Muzeyin direktor müavini Təranə Balayeva açaraq iştirakçıları salamlayıb, onları Novruz bayramı münasibətilə təbrik edib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) təbrik nitqində Novruz bayramının insanları birliyə, əmin-amanlığa çağırdığını bildirib:
-Novruz milli olduğu dərəcədə də bəşəri bayramdır. O, ilk növbədə təbiətin yenidən doğulmasının, qışdan yaza, qıtlıqdan bolluğa keçməyin bayramıdır. Ona görə Novruzdakı adətlər – yumurta boyamaq, tonqal qalamaq, səməni cücərtmək, zəngin süfrə açmaq və s. bolluğun, bərəkətin rəmzidir.


Novruz Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət statusu almış bayramdır. O, YUNESKO-nun qeyri-maddi irs siyahısına düşüb, BMT-nin Baş Assambleyasının qərarı ilə 21 Mart Beynəlxalq Novruz Günü elan olunub. Bayram həm də ayrı-ayrı xalqlara gözəl münasibətin təzahürüdür. Novruz bizi elə möhtəşəm birliyə çağırır ki, gücümüzü bir yerə toplayıb ən vacib hədəflər uğrunda mübarizə aparaq. İştirakçılara, xalqımıza bolluq, əmin-amanlıq arzulayıram, hamınızı bu əziz bayram münasibətilə təbrik edirəm!
Sonra institutun “İrs” folklor ansamblı tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etdi və meydan tamaşaları göstərildi.
Ansamblın bədii rəhbəri, əməkdar artist Nuriyyə Hüseynova, solistlər Aşıq Solmaz Kosayeva və Aşur Adıgözəlov bayram ovqatlı xalq mahnıları oxudular.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.