Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
3.3.2015

“Soyqırımlar xalq yaddaşında” mövzusunda
Beynəlxalq Elmi Konfrans

Martın 2-də AMEA-nın Əsas Binasında AMEA “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Komissiyasının və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımlar xalq yaddaşında” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Əvvəlcə foyedə AMEA əməkdaşlarının soyqırımlara həsr olunmuş rəsm əsərlərinin sərgisi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə əsrlər boyu ermənilər tərəfindən xalqımıza qarşı planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasətindən, onların törətdikləri qırğınlardan danışıb, erməni saxtakarlığının ifşasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın məqsədi tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları öyrənən və araşdıran elm adamlarını bir araya gətirmək, onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır. AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Komissiyasının fəaliyyəti barədə də məlumat verən akademik Akif Əlizadə bildirib ki, xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırım tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, AMEA azərbaycanlılara qarşı soyqırımlar tarixini yenidən və əsaslı şəkildə öyrənməyi humanitar və ictimai elmlərimizin mühüm vəzifələrindən biri hesab edir. “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” adlı xüsusi komissiyanın yaradılması həmin vəzifələrin həyata keçirilməsi sahəsində atılan mühüm addımlardandır. Ölkə Prezidenti cənab İlham Əliyevin Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi işlər ciddi nəticələr verməkdədir. Ümumiyyətlə, ölkəmiz bu faciə ilə bağlı həqiqətləri dünyaya çatdırıb və bir sıra hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu istiqamətdə işlərin davam etdirilməsi Azərbaycanın Ermənistan üzərində ideoloji qələbə qazanmasına və mühüm nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır.


Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov soyqırımlar tarixini öyrənməkdə sənədlərlə bərabər, xalq arasında danışılan xatirələrin mühüm mənbələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, çar Rusiyası və sovet Rusiyası dövrlərində soyqırımları ört-basdır etmək məqsədilə bir çox arxiv materialları məhv edilib. Məsələn, Şamaxı soyqırımını ört-basdır etmək məqsədilə 1960-cı ildə Şamaxı arxivi büsbütün yandırılıb. Belə olan halda, yəni arxiv sənədlərinin o qədər də çox olmadığı bir şəraitdə soyqırım xatirələrinin əhəmiyyəti birə-beş artır. Şifahi tarix nümunəsi olan, tarixlə folklorun çulğaşması, qaynayıb-qarışması şərtinə əsaslanan xatirələr xalqın düşüncə tərzini və tarixini öyrənməyə yaxından kömək edir. Avropalıların “memorat” adlandırdığı folklor janrına diqqəti cəlb etmək bu konfransın əsas xətlərindən biridir.


Tədbirdə çıxış edən Türkiyənin İpek Universiteti İnsan və xalqlar fakültəsinin dekanı, professor Kamal Çiçək son bir əsrdə türklərin başına gətirilən soyqırımlar haqqında danışıb. Bildirib ki, Azərbaycan alimlərinin soyqırım mövzusunda kitabları Türkiyədə də maraqla qarşılanır.
Fransalı tədqiqatçı, Avrasiya Araşdırmaları Mərkəzinin əməkdaşı Maksim Geynin çıxışı böyük maraq doğurub. O, Rusiyanın 1828-ci ildən sonra bölgədə möhkəmlənməsində ermənilərin oynadığı roldan faktlarla danışıb, erməni şovinistlərinin təşkilatlarının formalaşmasına və acı nəticələrinə diqqət çəkib.
Özbəkistandan olan yazıçı-publisist Şuxrat Salamov faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmələrdə 21 məruzə dinlənilib.
Sonda AMEA-nın müxbir üzvü M.İmanov konfransı yekunlaşdırıb, iştirakçılara təşəkkür bəlgəsi təqdim olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.