Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
26.2.2015

Folklor İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da AMEA Folklor İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən və Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar (Kazımoğlu) İmanov açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndində yerləşən 366-cı motoatıcı diviziya ilə birlikdə Xocalı şəhərinə hücum edib. Əvvəlcə şəhər ağır toplardan atəşə tutulub. Həmin gecə bəşər tarixində misli olmayan qətliam törədilib. Soyqırım nəticəsində 613 nəfər soydaşımız qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.


Natiq hələ ötən yüzilin əvvəllərində M.M.Nəvvabın, M.S.Ordubadinin xalqımıza qarşı törədilmiş soyqırımlarla bağlı isti-isti yazdıqları araşdırmalara diqqət çəkib, vurğulayıb ki, bu faktlar zaman-zaman xalqımızın başına gətirilən faciələrin nə qədər dəhşətli olduğunu sübut edir.
Sonra institutun Folklor studiyasının araya-ərsəyə gətirdiyi “Xocalı faciəsi” sənədli filminə (ssenari müəllifi və rejissoru Miraslan Bəkirli) baxış olub.
AMEA Folklor İnstitutu ilə sıx əməkdaşlıq edən yaponiyalı qafqazşünas alim Keisuke Wakizakanın “Xocalı soyqırımı nə üçün 2008-ci ildə gündəmə gəlib? Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə əlaqələri üzərinə bir qiymətləndirmə” mövzusunda məruzəsi Skype vasitəsilə dinlənilib.
Tədbiri yekunlaşdıran M.İmanov Xocalı faciəsinin mahiyyətinin dünyaya ardıcıl çatdırılmasının gərəkliyini bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.