Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.2.2015

Əməkdaşlıq memorandumu imzalanıb

Fevralın 11-də AMEA-nın Folklor İnstitutunda adıçəkilən qurum ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tədbiri giriş sözü ilə açan AMEA Folkor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) başçılıq etdiyi institutun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə çoxdan əməkdaşlıq etdiyini bildirib.
O, Folklor İnstitutunu Mədəniyyət və Turizm Nazirliyi ilə bir çox sahələrdə ortaq cəhətlər birləşdirdiyini, bu iki qurumun vaxtaşırı birgə tədbirlər keçirdiyini vurğulayıb: “Biz qərara gəldik ki, əməkdaşlığı inkişaf etdirmək üçün yeni hüquqi baza yaradaq.”


Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzinin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor Vilayət İsmayılov bildirib ki, rəhbərlik etdiyi mərkəz AMEA-nın Folklor İnstitutu ilə birgə müxtəlif tədbirlər keçirib. O, qeyd edib ki, əməkdaşlıq nəticəsində son zamanlar folkor turizminin ölkəmiz üçün gərəkliyi ortaya çıxıb.
Sonra hər iki qurumun rəhbəri əməkdaşlıq memorandumunu imzalayıblar.
Sənəddə qeyd olunur ki, hər iki qurum mövcud qanunvericiliyə, öz nizamnamələrinə uyğun olaraq qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə xalqımızın milli-mənəvi sərvətlərinin, mədəni irsinin, folklor nümunələrinin öyrənilməsi, eləcə də ölkədə folklor turizminin inkişafı, qeyri-maddi mədəni irs nümunələrinin qorunması və təbliği üzrə birgə tədbirlərin keçirilməsini üzərlərinə götürürlər.



           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.