Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
9.2.2015

Türkiyəli qonaqlar AMEA Folklor İnstitutunda olublar

Bugünlərdə Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM-ın) sədri Mehmet Nuri Parmaksız, İLESAM-ın sədr müavini İlter Yeşilay və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyid Əhməd Arslan AMEA Folklor İnstitutunun qonağı olublar.
AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov) institutda görülən işlər haqqında məlumat verib, İLESAM-la yaradıcı əlaqələrin qurulmasını yüksək dəyərləndirib.
Qərara alınıb ki, İLESAM-la AMEA Folklor İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalansın, həm Azərbaycan, həm də Türkiyə tərəfdən ayrı-ayrı elmi kitablar, layihələr üzərində işlər qurulsun.
M.Kazımoğlu qeyd edib ki, Folklor İnstitutunda “Türk xalqları folkloru” şöbəsi fəaliyyət göstərir. Bu şöbənin fəaliyyəti istiqamətində İLESAM-la uyğun işlər qurula bilər: “Bilirik ki, İLESAM-ın möhtəşəm müsabiqələri olur. Bu müsabiqələr təkcə Türkiyədə çalışan elm adamları ilə yox, həm də Türkiyədən kənarda, ayrı-ayrı Türk cümhuriyyətlərində yaşayan elm adamları Ilə bağlı olur. İstəyimiz odur ki, Folklor İnstitutu olaraq bu müsabiqələrdə iştirak edək. Qarşılıqlı şəkildə əsas əməkdaşlıq yönü nəşr işlərimiz olsun, bu nəşrlərin siyahısı plan işlərimizə daxil edilsin. Bu sahədə əməkdaşlıq tədqiqatların da istiqamətinə müsbət təsirini göstərə bilsin”. Eləcə də söhbətdə dastan yaradıcılığı sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi olub.


Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM-ın) sədri Mehmet Nuri Parmaksız bildirib: “Azərbaycanlı yazarlar bizi bizdən yaxşı tanıyırlar, ancaq biz sizi o qədər də yaxşı tanımırıq. Layihə çərçivəsində qarşılıqlı olaraq Azərbaycanın və Türkiyənin mədəniyyəti, ədəbiyyatı, yaradıcı insanları daha yaxşı tanınacaq. Demək olar, atalar sözümüz, məsəllərimiz, türkülərimiz, mahnılarımız çox oxşardır, hətta birdir. Əslində bu cür anlaşma daha tez olmalıydı. Qarşılıqlı olaraq antologiyaların nəşri, yayılması oxu mədəniyyətinə də təsir edəcək. Türkiyədən yazarlarımız bura, eləcə də Azərbaycandan yazarlar Türkiyəyə gələcək. Azərbaycan bizim üçün çox doğmadır”.
İLESAM-ın sədr müavini İlter Yeşilay Bakıdakı görüşlərindən məmnunluğunu bildirib: “Azərbaycanla qan bağlılığımız var. Milli bağlarımızın və kültürümüzün ortaq bağlarında buluşmaq, sənətimizi, mədəniyyətimizi gənc nəsillərə daha yaxşı çatdırmağımız gərəkdir. Yüzillər öncə də babalarımız bu ilişgiləri qoruyub bu günə çatdırıblar”.
Bildirək ki, İLESAM rəhbərliyi Azərbaycan Yazıçılar Birliyində, Müəllif Hüquqları Agentliyində, Milli Kitabxanada, Aşıq Şəmşir Mədəniyyət Ocağında və başqa ünvanlarda olublar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.