Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
2.2.2015

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun həyata keçirdiyi “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi” layihəsinin 2014-cü il mərhələsi başa çatıb.
Qarabağın işğal altında olmayan bölgələrindən və məcburi köçkünlərdən toplanmış yeni materiallar əsasında hər biri 30 çap vərəqi həcmində 9 kitabdan ibarət “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilmiş, Qarabağ folklorunun problemləri və perspektivləri mövusunda 1-i beynəlxalq səviyyəli olmaqla, 3 elmi konfrans keçirilmiş, alınan nəticələr araşdırılmış, elmi ümu-miləşdirmələr aparılmışdır. İş çərçivəsində bölgədən 300-dən artıq mifoloji mətn, 1250-ə yaxın əfsanə və rəvayət, 400-dən artıq nağıl, 500-dən artıq lətifə, 750-dən artıq atalar sözü və məsəl, 2500-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr toplanaraq sistemləşdirilmiş, elmi ictimaiyyətə çatdırılmışdır. İlk dəfə olaraq qaçaqlarla bağlı, sovet dövründə toplanıb çap edilməsi mümkün olmayan çoxsaylı rəvayətlər əldə edilmiş, Qarabağın bir sıra lətifə qəhrəmanları (Aşıq Abbas, Lotu Əmirqulu, Kərbəlayi Fərəc, İngilis kişi və b.), peşəkar nağıl söyləyiciləri (Əli Süleymanov, Musa Bayramov, Narış Bayramova, Abbas Abbasovun və b.) üzə çıxarılmışdır. Müəyyən edilmişdir ki, 40-dan artıq nağil süjeti Azərbaycanda ilk dəfə toplanıb üzə çıxarılan nağıl süjetləridir və həmin süjetlərin 30-nun beynəlxalq “Aarne-Tompson Kataloqu”nda qarşılığı yoxdur. Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.