Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
29.1.2015

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ

“AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMLARIN TƏDQİQİ” KOMİSSİYASI və

AMEA FOLKLOR İNSTİTUTU

02 mart 2015-ci ildə Bakı şəhərində

"SOYQIRIM XALQ YADDAŞINDA"
mövzusunda

Beynəlxalq Elmi Konfrans keçirəcəkdir

 

KONFRANSIN MƏQSƏDİ 

 Dünyanı yenidən bölmək istəyən imperialist qüvvələr Osmanlı dövlətini yox etmək üçün çoxvariantlı planlar hazırlamışdılar. Bu planların tərkibinə ölkəni iqtisadi cəhətdən zəiflətməklə yanaşı, bölgədə yüzillər boyu bir ailə kimi dinc və mehriban yaşayan xalqlar arasında nifaq toxumu səpmək siyasəti də daxil idi.

Zəifləmiş qonşu dövlətlərin ərazilərini işğal edib sərhədlərini cənuba doğru genişləndirən Rusiya İmperiyası müharibədə məğlub olan Osmanlı və Qacarlar dövlətlərindən torpaq qoparmaqla, təzminat almaqla kifayətlənməmiş, xristianları müdafiə etmək adı altında erməni ailələrini Qafqazda yerləşdirib gələcək münaqişələrin və soyqırımların əsasını qoymuşdu. Başqalarının mülklərində yerləşdirilən ermənilər, imperialist dövlətlərin təbliğatına uyaraq, onlara mülklərindən pay vermiş müsəlmanları məhv etmək yolu tutdular.

1905-1907-ci illərdə başlayan erməni-müsəlman davası minlərlə insanın məhvinə, ev-eşiyinin, mal-mülkünün dağılmasına səbəb olsa da, imperialist qüvvələr öz planlarını tam həyata keçirə bilmədilər, nəticədə istər Osmanlı dövləti, istərsə də Rusiya İmperiyası ərazisindəki erməniləri təşkilatlandırmağa və onların silahlı birləşmələrini hərbi sursatla təchiz etməyə başladılar.

Birinci Dünya Müharibəsi başlayanda təşkilatlanmış və silahlanmış erməni əsgəri birlikləri Rus ordusu ilə birlikdə Osmanlı dövlətinə qarşı savaşa başladılar. Onlar Osmanlı ordusunun əsgəri birliklərinə zərbə vurmaqla kifayətlənmir, müsəlmanlar yaşayan kənd və qəsəbələrə basqınlar edir, insanları qoca, qadın, uşaq demədən qəddarlıqla öldürür, onların mal-mülklərini mənimsəyir, bəzən də kəndləri yandıraraq xarabalığa çevirirdilər.

Bolşeviklərin yaratdığı xaosdan istifadə edən erməni silahlı dəstələri nəinki Zaqafqaziyada, eləcə də Türküstanda yüzlərlə müsəlman kəndini dağıdıb, minlərlə insanı məhv etdilər. Onların bu amansız fəaliyyəti öz dövlətlərini qurduqdan sonra da davam etdi.

XX əsr ərzində Azərbaycan xalqına yönəldilmiş soyqırım siyasətinin faciəli təzahürləri müəyyən ərazilərimizin işğalı ilə nəticələnmişdir. Erməni işğalçılarının tarixi Azərbaycan əraziləri olan Göyçə mahalını, Zəngəzur qəzasını və Dağlıq Qarabağı işğal etmələri ölkəmizdə çoxsaylı insan tələfatına səbəb olmuşdur. Azərbaycan xalqı böyük müqavimət göstərməsinə baxmayaraq, XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi dövründə, İkinci Dünya müharibəsindən sonra və nəhayət, ötən əsrin 80-90-cı illərində mürəkkəb ictimai-siyasi şəraitdə qanlı soyqırımların və deportasiyaların ağır və əzablı yollarından keçməli olmuşdur. Bakı, Naxçıvan, Qarabağ, Quba, Şamaxı və Xocalı soyqırımları Azərbaycan tarixinə qanlı səhifələr kimi yazılmışdır. Göyçə mahalından, Dərələyəz və Zəngəzur qəzalarından, Vedibasardan zorla Azərbaycanın fərqli iqlim şəraitinə malik ərazilərinə köçürülən, ağır məhrumiyyətlərə və işgəncələrə məruz qalan soydaşlarımızın, eləcə də Qarabağ məcburi köçkünlərinin, xüsusən Xocalı əhalisinin acı taleyi barədə düşünməmək, bütün bu hadisələrə siyasi qiymət verməmək qeyri-mümkündür. Təsadüfi deyil ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisələrindən biri kimi qəbul olunmuşdur.

Erməni quldurlarının törətdiyi qırğınlardan onillər keçsə də, xalq soyqırım haqqında acı xatirələri nəsildən nəslə ötürmüş, tarixi sənədlərdə əksini tapmayan bir çox qırğın faktları məhz həmin xatirələr vasitəsilə bu günümüzədək gəlib çatmışdır. Xalq yaddaşında yaşamaqda olan acı soyqırım həqiqətlərini üzə çıxarmaq vacib və təxirəsalınmaz işlər sırasına daxildir. Həmin işləri istənilən səviyyədə həyata keçirməkdə, heç şübhəsiz, soyqırım faktlarını sənədlər əsasında, tarixi-siyasi aspektlər müstəvisində yenidən öyrənmək tədbirləri mühüm əhəmiyyət kəsb edir. Xalq yaddaşında hifz olunan şifahi tarixlə arxiv sənədlərində əksini tapan yazılı tarixin ciddi təhlillərdən, siyasi qiymətləndirmələrdən keçirilib ümumiləşdirilməsi azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə daha dolğun və obyektiv təsəvvür yaratmağa yaxından kömək edir.

Azərbaycan Milli Elmlər Akademiyası azərbaycanlılara qarşı soyqırımlar tarixini yenidən və əsaslı şəkildə öyrənməyi humanitar və ictimai elmlərimizin mühüm vəzifələrindən biri hesab edir. AMEA Rəyasət Heyəti nəzdində “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” adlı, nüfuzlu alimləri birləşdirən xüsusi komissiyanın yaradılması həmin vəzifələrin həyata keçirilməsi sahəsində atılan mühüm addımlardandır.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli № 15/4 saylı qərarından irəli gələn vəzifələrə uyğun olaraq, AMEA “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Komissiyası və AMEA Folklor İnstitutu mütəxəssisləri bir araya gətirmək, azərbaycanlılara qarşı soyqırımlar mövzusu ətrafında fikir mübadiləsi aparmaq məqsədilə "Soyqırım xalq yaddaşında" mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirməyi planlaşdırmışdır. Beynəlxalq Elmi Konfrans 02 mart 2015-ci ildə Bakı şəhərində (Hüseyn Cavid küçəsi 31, AMEA-nın kiçik zalı) keçiriləcəkdir.

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

İsa Həbibbəyli – akademik, AMEA-nın vitse-prezidenti

Muxtar Kazımoğlu – İmanov   – AMEA-nın müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru

 

Elmi heyət:

Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA Tarix İnstitutunun direktoru

Musa Qasımlı - T.ü.e.d., prof., AMEA Dünya Siyasəti İnstitutunun direktoru

Aytən Mustafayeva - H.ü.f.d., AMEA İnsan Hüquqları İnstitutunun direktoru

İlham Məmmədzadə - Fəl.ü.e.d., prof., AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru

Anar İskəndərov - T.ü.e.d., prof.

Məhərrəm Qasımlı   - Fil.ü.e.d., prof.,   AMEA Ədəbiyyat İnstitutunun direktor müavini

Məmməd Əliyev   - Fil.ü.e.d., prof.,   AMEA Ədəbiyyat İnstitutunun direktor müavini  

Kamran Əliyev   - Fil.ü.e.d., prof.,   AMEA Folklor İnstitutunun şöbə müdiri  

Füzuli Bayat   - Fil.ü.e.d., prof.,   AMEA Folklor İnstitutunun şöbə müdiri 

Seyfəddin Qəniyev   - Fil.ü.e.d., prof.,   AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 

İlkin Rüstəmzadə   - Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əziz Ələkbərli   - Fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
 
Katiblik:

Ləman Süleymanova – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Vəfa Saleh - AMEA Folklor İnstitutunun əməkdaşı

 

KONFRANSDA İŞLƏNƏN DİL:

Azərbaycan dili, Türkiyə türkcəsi, rus dili, ingilis dili

    

KONFRANSIN MÜHÜM TARİXLƏRİ:

18 fevral 2015

Özətlərin son göndərilmə tarixi

20 fevral 2015

Qəbul edilən özətlərin elan edilməsi

02 mart 2015

Konfransın keçirilmə tarixi

02 mart 2015

Məruzələrin disk və ya fləş halında Katibliyə təqdim edilmə tarixi

    

MÖVZU BAŞLIQLARI:

•  1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda

•  Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları

•  Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri

• Urmiya və Salmasda erməni quldurlarının törətdiyi qətliamlar

• Sumqayıt hadisələri

•  Qarabağ müharibəsi və soyqırımlar

•  Xocalı

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 12 fevral 2015-ci il tarixinədək   xsoyqirim@yahoo.com   elektron poçt ünvanına göndərə bilərlər. 

•  Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 fevral 2015-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə cavab veriləcəkdir. 

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Özət və məqalələr e-mail (  xsoyqirim@yahoo.com  ) ilə göndərilməlidir.

•  Məruzələrin kitab şəklində nəşr ediləcək.

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

 

MƏRUZƏLƏRDƏ AŞAĞIDAKI TEXNİKİ QAYDALARA ƏMƏL OLUNMALIDIR:   

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 3,5, Alt: 3,5, Sağ: 3,5, Sol: 3,5 

•  Yazı Puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə 12 şrift ölçüdə. 

•  İnterval 1,5. 

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə xülasə (rezüme) verilməlidir.

•  Konfrans haqqında məlumatı və anket formasını www.folklorinstitutu.com səhifəsindən əldə etmək olar. 

•  Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır. 

•  Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən çətinliklər yaradır. Buna görə ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 
•  Hər bir məruzəçi üçün maksimum 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.  

 

ÖZƏT GÖNDƏRMƏ FORMASI

02 mart 2015

Azərbaycan – Bakı

 

ÖZƏT BAŞLIĞI / TITLE OF ARTICLE

Müəllifin adı, soyadı/  Author's title, name, surname

 

Çalışdığı yer /  Institution

 

Bölüm  / Department

 

E-mail

 

Ölkə, şəhər  / Country, city

 

Açar sözlər /  Key words

 

Məruzənin özəti /  Abstract  

 

 

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER: AMEA-nın Əsas binası.

 

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyin Cavid küçəsi, 31

E-mail:      xsoyqirim@yahoo.com

Telefon:    (+99412) 492 92 48

(+99412) 492 93 14

Təşkilat Komitəsinin ünvanı:    Bakı-1000, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.