Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
22.1.2015

Folklor İnstitutunda “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb

Bu barədə qərar AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli iclasında qəbul edilib. AMEA Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, AMEA Folklor İnstitutunun nəzdində Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb. Şöbənin yaradılmasında əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.
Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.
Bildirək ki, indiyə kimi Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru ilə bağlı bir neçə kitab çap olunub:
Təbriz folklor örnəkləri. I kitab. Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov). Toplayıcıları Kazım Abbasi («El bilimi» dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəm. Redaktoru fil.ü.f.d. Səkinə Qaybalıyeva. Bakı, “Nurlan”, 2013, 444 səh.;
Güney Azərbaycan Folkloru. I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folkor örnəkləri). Toplayanı Məmmədəli Qövsi Fərzanə. Elmi redaktoru və ön sözün müəllifi: fil.ü.e.d. İsrafil Abbaslı. Tərtib edəni: fil.ü.f.d. Sönməz Abbaslı. Bakı, “Elm və təhsil”, 2013, 456 səh.;
Güney Azərbaycan Folkloru. II kitab. Layihə rəhbəri:, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov). Toplayanlar: Bəhruz Həqqi, Məmmədəli Qövsi Fərzanə. Tərtib edəni və ön sözün müəllifi: fil.ü.f.d. Sönməz Abbaslı. Elmi redaktorları: fil.ü.f.d. Rza Xəlilov, Aydın Mustafayev. Bakı, “Elm və təhsil”, 2014, 340 səh.;
Güney Azərbaycan Folkloru. III kitab. Layihə rəhbəri: AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov). Elmi redaktoru və ön sözün müəllifi: fil.ü.f.d. Mətanət Maşallahqızı (Abbasova). Bakı, “Elm və təhsil”, 2014, 230 səh.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.