Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
19.1.2015

Folklor İnstitutunda 20 Yanvar şəhidləri anılıb

Yanvarın 19-da AMEA Folklor İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov tədbiri giriş sözüylə açaraq, 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən böyük faciələrindən biri olmaqla bərabər, həm də onun müstəqillik uğrunda mübarizənin şərəfli səhifələrindən sayıldığını diqqətə çatdırıb: “Biz hamımız o günlərin canlı şahidləriyik. Torpaqlarımız erməni təcavüzünə məruz qalmışdı. Xalqımız buna öz kəskin etirazını bildirsə də, Moskva bu etirazlara çox biganə və fitnəkar münasibət bəsləyirdi. Yerli hakimiyyət bu məsələlərə milli mənafe baxımından yanaşa bilmirdi. O soyuq günlərdə xalqın əliyalın halda küçələrə tökülməsinin əsas səbəbi azərbaycanlıların dədə-baba torpaqlarından qovulması, kütləvi qətlə yetirilməsi, əhalinin hakimiyyət tərəfindən müdafiə olunmaması və Qarabağın Azərbaycandan qoparılması meylləri idi.
20 Yanvar qanlı faciə olsa da, bizim üçün həm də milli birliyin – bütün mübaliğələrdən kənarda gerçək bir əzmin, əqidənin, mübarizənin, qorxmazlığın rəmzidir. Bunu yanvarın 22-də şəhidlərin möhtəşəm dəfnində gördük. Dəhşətli bir faciə baş vermiş, Azərbaycan tam informasiya blokadasına alınmış, xalqın səsi boğulmuşdu. Bir milyon adamın böyük bir mütəşəkkilliklə dəfndə iştirakı görünməmiş hadisə idi. Azərbaycan xalqının həmişə milli birliyə ehtiyacı olub. Milli birliyimiz olmayanda parçalanmışıq. 20 Yanvar milli birliyimizin möhtəşəm təsdiqidir”.
Daha sonra M.Kazımoğlu-İmanov 20 Yanvar mövzusunda yaranan ədəbiyyat barədə danışıb.

Fil.ü.f.d., şair Adil Cəmil isə çıxışında o dəhşətli günlərlə bağlı xatirələrini bölüşüb, Azərbaycan mətbuatının hünərvər nümayəndələri tərəfindən bütün çətinliklərin yarılaraq faciə ilə bağlı gerçəklərin Azərbaycandan qırağa çatdırıldığını ayrıca vurğulayıb, “Qan borcu” poemasından bir hissə oxuyub.
Əli Şamil Azərbaycandan kənarda 20 Yanvar faciəsi ilə bağlı etiraz nümayişlərinin, anım tədbirlərinin keçirilməsində Cənubi Azərbaycandan olan soydaşlarımızın roluna toxunub.
Fil.ü.f.d., şair Nizami Muradoğlu o çətin günlərdə ermənilərin Sədərəyə hücumunun dəf edilməsi, eləcə də Naxçıvanda rus qoşunlarının iğtişaş yaratmaq istəklərinin qarşısının alınmasından danışıb, şeirlər oxuyub.
Fil.ü.f.d. Fəxrəddin Salim faciə ilə bağlı qənaətlərini bölüşüb, sazda tədbirin ruhuna uyğun havalar ifa edib.
Sonda anım tədbirini yekunlaşdıran M.Kazımoğlu-İmanov bildirib ki, 20 Yanvar faciəsi xalqı ayağa qaldırdı, bugünkü müstəqilliyə aparan yolun başlanğıcı oldu. Azərbaycanın azadlıq mübarizəsində payı SSRİ-nin bütün keçmiş respublikalarından daha artıqdır və mübarizələrdən keçib gələn xalq da azadlığının qədrini həmişə yüksək dəyərləndirir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.