“Tədqiqlər”in 44-cü sayı
AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə rüblük nəşr olunan “Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər” elmi-ədəbi toplusunun 44-cü sayı işıq üzü görüb.
“Folklorşünaslıq məsələləri” bölümündə Y.M.Lotmanın “Alternativ variant: yazısız mədəniyyət, yoxsa mədəniyyətdən əvvəlki mədəniyyət?”, Muxtar Kazımoğlu – İmanovun “Nağıllar barədə bir neçə söz”, Füzuli Bayatın “Məhərrəmlik ritualları və şəbih elementləri”, Yaqub Babayevin “XIII-XIV əsrlər Azərbaycan epik poeziyasında nağıl motivləri”, Əfzələddin Əsgərin “Ozan sənəti”, Almaz Həsənqızı – Hüseynovanın “Mühacirətdə folklor materiallarının toplanmasının özəllikləri”, Mətanət Maşallahqızı – Abbasovanın “Mifopoetik modellərin genetik sistemləşdirilməsində od kultu”, Elçin Qaliboğlu-İmaməliyevin “Su haqqında Azərbaycan əfsanələri və mifoloji su stixiyası”, Nuridə Muxtarzadənin “Övliya kəramətlərinin funksional semantik rolu” kimi yazıları yer alıb.
Eləcə də toplunun bu sayında “Peşəkar söyləyici ifaçılığı” bölümündə “Neftçala-Salyan folklorundan örnəklər”, “Ümumtürk folklorundan örnəklər” bölümündə isə “Özbək xalq şeirindən seçmələr” kimi yazılar diqqəti çəkir. |