Əməkdaşımız Qroznıda beynəlxalq elmi simpoziumda olub

16-17 dekabr 2014-cü ildə Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində “Terek türkləri – Çeçenistan və Türk dünyası arasında körpü” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Çeçenistan Respublikasının Beynəlxalq Əlaqələr, Nəşrlər və İnformasiyalar Nazirliyi, “Özden” və “Töre” qeyri-hökumət təşkilatlarının birgə keçirdiyi simpoziumda Türk dünyasının dörd tərəfindən 50-dən çox qonaq iştirak edib.
Son günlərdə Qroznıda baş verən hadisələrə görə bölgəyə gələn dünyanın aparıcı informasiya agentliklərinin nümayəndələri də simpoziuma qatılıblar.
“Terek türkləri – Çeçenistan və Türk dünyası arasında körpü” simpoziumunda AMEA Folklor İnstitutu “Xarici əlaqələr” bölməsinin işçisi Aynur Qəzənfərqızının “Qumuq folklorunun öyrənilməsinin əhəmiyyəti” məruzəsi də maraq doğurub.
Simopziumun sonunda iştirakçılar Qroznı şəhərinin görməli yerləri ilə tanış olublar.
