Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
18.12.2014

Folklor İnstitutunun əməkdaşı Pakistanda keçirilən
beynəlxalq elmi seminarda iştirak edib

AMEA Folklor İnstitutunun əməkdaşı Səkinə Qaybalıyeva dekabrın 5-6-da Pakistanda, Bəlucistan vilayətinin paytaxtı Qvetta şəhərində Bəlucistan Mədəniyyət, Turizm və Arxivlər Nazirliyinin, eləcə də Bəlucistan Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən və ölkənin görkəmli ictimai xadimi, ədəbiyyatşünas, tarixçi və tərcüməçi Mir Gül Xan Nasirin (1914-1983) anadan olmasının 100 illik yubileyinə həsr olunan "Mir Gul Khan Naseer Centenary" beynəlxalq elmi seminarında iştirak edib.


Seminarda S.Qaybalıyevanın "Mir Gül Xan Nasirin yaradıcılığında vətənpərvərlik ideyaları" mövzusunda elmi məruzəsi dinlənilib. Seminarın elmi hissəsi bitdikdən sonra iştirakçılar bəluc mədəniyyətinin, o cümlədən folklorunun zənginliyini əks etdirən musiqi proqramı ilə tanış olublar. Bəlucistan aşıq sənətinin nümayəndəsi, qocaman dastan ifaçısı, 75 yaşlı aşıq Mazhar İbrahimin tənburun müşayiətilə məhəbbət və qəhrəmanlıq dastanları söyləməsi gecəyə xüsusi rəng qatmaqla, dünyanın müxtəlif ölkələrindən (Yaponiya, Keniya, Rusiya, Ukrayna, Türkmənistan, Əfqanıstan, İran və s.) sessiyaya qatılmış elm adamlarının ayrıca təqdirini qazanmışdır.
S.Qaybalıyeva Bəlucistanın bir neçə TV kanalında, o cümlədən Bolan TV-də bəluc və Azərbaycan folklorunun zənginliyi, qədim adət-ənənələr, unudulmaqda olan müxtəlif xalq tətbiqi sənət nümunələri və s. mövzularda çıxış etmiş, çıxışlar maraqlı müzakirələrə səbəb olmuşdur.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.