Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
9.12.2014

Folklor İnstitutunda Rza Xəlilovun 70 illiyi ilə bağlı tədbir keçirilib

Dekabrın 8-də AMEA Folklor İnstitutunda “Klassik folklor” şöbəsinin müdiri, fil.ü.f.d. Pza Xəlilovun 70 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözüylə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) açıb, R.Xəlilovun alim, insan kimi özünəməxsus keyfiyyətlərindən danışııb: “Vaxtilə onunla Ədəbiyyat İnstitutunda bir şöbədə işləmişik. O, tanınmış folklorşünas, pedaqoq, tərcüməçidir. O, tanınmış şair Zeynal Xəlilin oğludur. Belə bir ailədə böyüyüb, tərbiyə alıb. O, ixtisas etibarilə ərəbşünasdır. Rza müəllim folklorşünaslıq sahəsində ilk alimlərimizdəndir ki, Azərbaycan və ərəb folklore əlaqələrindən namizədlik dissertasiyası müdafiə edib. İnstitut həmin əsəri çap etməyi planlaşdırır.
R.Xəlilovun folklorşünaslıq fəaliyyətinin ən səmərəli tərəflərindən birinin toplama işi olduğunu vurğulayan M.İmanov bildirib ki, o, fil.ü.f.d. Oruc Əliyevlə Dərbəndi qarış-qarış gəzib, həmin materialları vaxtaşırı mətbuatda çap etdirib, kitab halında ərsəyə gətirib.


Eləcə də natiq R.Xəlilovun Şamaxı folklorunun toplanılmasındakı zəhmətini ayrıca qeyd edib. Folklor İnstitutunun xəttilə işıq üzü görən “İlkin nəşrlər” seriyasına diqqəti çəkən M.İmanov R.Xəlilovun bu yöndəki işlərindən də danışıb: “Vaxtilə ərəb qrafikasında çap olunmuş həmin kitablar prof. İsrafil Abbaslının təşəbbüsüylə, R.Xəlilovun böyük fədakarlığıyla yenidən işıq üzü görüb”.
R.Xəlilovun tərcüməçilik fəaliyyətinə də toxunan M.İmanov onun Misirdə, İraqda, Suriyada, Yəməndə tərcüməçilik fəaliyyəti ilə, Türkiyənin Atatürk Univetsitetində pedaqoji fəaliyyətlə məşğul olduğuna, çalışdığı yerlərdə insanların dərin sevgisini qazandığına diqqət çəkib.

Rza XƏLİLOV

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d. Oruc Əliyev Rza Xəlilovun həyatı haqqında qısa bilgi verib, bildirib ki, nağılşünaslıq onun elmi fəaliyyətində əsas yerlərdən birini tutur. O.Əliyev R.Xəlilovla birgə Dərbənddə folklor toplayıcılığında rastlaşdıqları məqamlardan danışıb.
İnstitutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyev bildirib ki, Rza Xəlilov haqqında danışmaq Azərbaycan folklorşünaslığının böyük bir dövrü haqqında danışmaq deməkdir: “Onun folklora gəlişi təsadüfi olmayıb”.
K.Əliyev R.Xəlilovun folklora sevgi qaynağının ailəsindən gəldiyini vurğulayıb: “Bu gün 70 yaşlı Rza Xəlilov həm də atasının yarımçıq ömrünü yaşayır. İntellekt sahibi, ziyalılığı ifadə edən R.Xəlilov təmkinlidir, onun xarakteri nəslindən gəlir. O, həssas tərcüməçi olmaqla yanaşı, həm də çalışdığı ölkələrdə həssas diplomat olub”.


“Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat Rza Xəlilovun təvazökarlığına diqqət çəkib, bildirib ki, o, çox bilib az yazanlardandır.
“Türk xalqları folkloru” şöbəsinin müdiri, fil.ü.e.d. Əfzələddin Əsgər R.Xəlilovun bir alim kimi keyfiyyətlərindən danışıb, insana qayğıkeş münasibətini yüksək dəyərləndirib.
“Musiqi folkloru” şöbəsinin müdiri, fil.ü.e.d. prof. Nailə Rəhimbəyli R.Xəliovun xeyirxahlığına diqqət çəkib.
“Folklor nəzəriyyəsi” şöbəsinin müdiri, fil.ü.f.d. Ağaverdi Xəlil R.Xəlilovu arxivlə peşəkar şəkildə işləyən folklorçu kimi xarakterizə edib.
“Xarici əlaqələr sektoru”nun müdiri Əli Şamil R.Xəlilovu səbirli araşdırmaçı, canlı ensiklopediya, şair-alim Adil Cəmil gözəl tərcüməçi-şərqşünas, mətnşünas kimi dəyərləndiriblər.
“Klassik folklor” şöbəsi adından çıxış edən fil.ü.f.d. Afaq Xürrəmqızı Rza Xəlilovu onu tanıyanların hamısının sədaqətli dostu kimi dəyərləndirib, bildirib ki, o, insanların qayğılarıyla yaşaya bilir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.