Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
4.12.2014

Folklor İnstitutunda ümummilli lider Heydər Əliyev anılıb

Dekabrın 3-də AMEA-nın Folklor İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfat günü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov açıb. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm bir istiqaməti də elmlə, elm adamları ilə bağlı olub. M.İmanov sovet dönəmində Heydər Əliyevin Azərbaycanın mədəniyyət, incəsənət, elm xadimlərinə verdiyi dəyərdən, eləcə də xalq mədəniyyətinin inkişafı ilə bağlı sərəncamlarından danışıb.
M.İmanov daha sonra bildirib ki, “Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan edib. Heydər Əliyev milli ideologiyanın milli dövlət-çilik ənənələri və tarixi keçmişimizlə bağlı olmasını mühüm bir şərt kimi irəli sürüb. “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin ke-çirilməsi haqqında Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli fərmanı, ümummilli liderin təşəbbüsü ilə UNESCO səviyyəsində həmin eposa aid tədbirlərin təşkil edilməsi müstəqil Azərbaycanın ilk nəhəng elmi-mədəni tədbirlərindən biri kimi Azərbaycan folklorşünaslığının və ümumən huma-nitariyasının inkişafında mühüm əhəmiyyət daşıyıb.


Heydər Əliyevin müstəqillikdən sonra Azərbaycan elminin yüksələn xətlə inkişaf etdirilməsi və onun Azərbaycanın milli maraqlarının təminatına yönləndilməsi istiqamətindəki səyləri Azərbaycan Elmlər Akademiyasına yeni status verilməsində – bu qurumun Azərbaycan Milli Elmlər Akademiyası adlandırılmasında (Prezidentin 15 may 2001-ci il ta-rixli fərmanı), Akademiyanın Naxçıvan bölməsinin və yeni elmi-tədqiqat qurumlarının yaradılmasında da öz ifadəsini tapıb. Həmin işlərin növbəti bir göstəricisi kimi yaranan Folklor İnstitutu (2003) milli-mənəvi dəyərlərin qorunması və müstəqil dövlət quruculuğu işinə səfərbər edilməsi isti-qamətində fəaliyyətə başlayıb.
2003-cü il avqustun 4-də Prezident Heydər Əliyev “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikası qanunu”nun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Bu qanunun icrasının təmin edilməsi barədə fərmanı isə 2004-cü ilin 29 yanvarında Prezident İlham Əliyev imzalayıb. Beləliklə, qeyri-maddi mədəni irsin toplanması, qorunması və müdafiəsinin təminatı, eləcə də ondan istifa-dənin hüquqi prinsipləri və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib”.
Tədbirdə Aşıq yaradıcılığı şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli ulu öndərin fəaliyyəti sayəsində Aşıq Ələsgərin, Aşıq Alının, Aşıq Şəmşirin və başqa yaradıcı insanların yubileylərinin keçirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd edib.


Fül.ü.f.d., şair Adil Cəmil Heydər Əliyevlə bağlı “Xalqın səsi – haqqın səsi” adlı kitab hazırladığını bildirib. O, deyib ki, Heydər Əliyev həmişə Azərbaycan yazıçılarının qurultaylarında iştirak edib və ədəbiyyatın inkişafına xüsusi diqqət və qayğı göstərib. 1994-cü ildə ulu öndərlə Bişkekdə “Manas” dastanının yubiley tədbirlərində iştirak etdiyini söyləyən çıxışçı, ulu öndərin ümumtürk mədəniyyəti ilə bağlı fikirlərini xatırladıb.
Fül.ü.f.d. Nizami Muradoğlu ulu öndərlə bağlı xatirələrindən, görüşlərindən danışıb, onun rəhbərliyi altında məsul vəzifədə çalışmasından, idarəçilik sistemində Heydər Əliyev məktəbinin tarixi bir mərhələ olmasından söz açıb.
Fül.ü.f.d. Qalib Sayılov, Əlövsət Əhmədov ümummilli liderin elm və mədəniyyət sahəsində gördüyü böyük işlərdən danışıblar.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fül.ü.f.d. Nail Qurbanov “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edib, onun gənclərə göstədiyi qayğıdan söz açıb, gənclərlə bağlı ayrıca gün təsis etməsini yüksək dəyərləndirib.


M.İmanov Heydər Əliyev ideyalarının yaşadığını, onun siyasi kursunun bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamaqla tədbiri yekunlaşdırıb: “Azərbay-can Respublikasında 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strate-giyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqi haqqında 4 may 2009-cu il tarixli Prezident sərəncamı, “Azərbaycan Respublikası-nın Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 21 oktyabr 2009-cu il tarixli Prezident sərəncamı, AMEA-nın humanitar-ictimai yönümlü elmi-tədqiqat müəssisələrinə Respublika Prezidentinin Ehtiyat Fondundan davamlı maliyyə vəsaitlərinin ayrılması, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması və s. Heydər Əliyevin elm və mədəniyyətlə bağlı siyasətinin bu gün davam etdirilməsinin əyani göstəricisidir. Neçə-neçə maddi-mədəniyyət abidəmiz, çoxsaylı qeyri-maddi mədəni irs nümunələrimiz – Novruz bayramı, Azərbaycan muğam sənəti, Azərbaycan aşıq sənəti, Molla Nəsrəddin lətifələri və s. UNESCO-nun qorunan mədəni irs siyahısına daxil edilib, onların dünya mədəniyyəti üçün əhəmiyyəti və dəyəri beynəlxalq təsisatlarda təsdiqini tapıb. Bütün bunlar o deməkdir ki, Heydər Əliyev irsi yaşayır, ulu öndərin irəli sürdüyü ideyalar elmin və mədəniyyətin inkişafına əsaslı təsirini göstərir”.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.