Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
2.12.2014

Adil Cəmilin 60 yaşı qeyd olunub

Dekabrın 1-də AMEA Folklor İnstitutunda tanınmış şair-alim Adil Cəmilin 60 yaşı ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) açıb, onun ədəbiyyatşünas, publisist, başlıcası, şair kimi özünəməxsus keyfiyyətləri haqqında danışıb: “Adilin ailmliyi də, publisistliyi də, tərcüməçiliyi də onun şairliyindən doğulub. Onun bütün fəaliyyət sahələrinin mərkəzində sözün sehri deyilən gövhər, maya var, hər şey oradan qidalanır. Adil Cəmilin publisistikasının özəyində də bir şair ovqatı var. Bədii təxəyyülü iştirak etməsəydi, o, tərcümələrini ortaya qoya bilməzdi. Adil Cəmil təkcə türk xalqları ədəbiyyatından yox, müxtəlif xalqların ədəbiyyatından (belarus, rus, moldav və s.) tərcümələr eləyib. Adil Cəmil “Manas eposu və türk dastançılıq ənənəsi” adlı əsərini yazıb. O əsərdə Adilin türk mədəniyyətinə böyük sevgisi var. Bu sevgi öz mayasını Kəlbəcər ədəbi mühitindən, xüsusən bu mühit üçün çox səciyyəvi olan aşıq sənətindən alır. Adilin 9 yaşınadək həyatı Kəlbəcərlə sıx bağlı olub. Bu müddət isə onun şair taleyində öz sözünü deyib”.


Muxtar Kazımoğlu A.Cəmilin şeir yaradıcılığından ayrıca danışıb: “Adil Cəmilin ikicildliyini oxuyandan sonra onu bir şair kimi yenidən tanıdım. Kəlbəcərin işğalından sonra həsrət şeirləri yazmaq, əlbəttə, adi haldır. Maraqlı burasıdır ki, Adil Kəlbəcərin işğalına qədər də özünü bir həsrət şairi kimi təqdim edib. Onun belə bir misrası var: “Adım ayrılıqdır, həsrət oğluyam”. Hesab edirəm ki, bu misra Adili bir şair kimi tanımaqda açar rolu oynayır”.
Sonra Adil Cəmilin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyev Adil Cəmilin yaradıcılığına təsir edən amillər, mühiti, yaradıcı nəsli haqqında danışıb. Bildirib ki, yaradıcı insan olaraq o, hərtərəflidir: “Adil Cəmil adidə qeyri-adini görə bilir. Şair bir şeirində “Ağaclar torpağın azadlığıdır” - deyir. Onun şeirlərində insan təbiətə qovuşur”.


Tanınmış tənqidçi Vaqif Yusifli Adil Cəmilin yaradıcı insan olaraq xalq ruhuna bağlılığından danışıb, müxtəlif mövzularda (təbiət, insan, cəmiyyət və s.) uğurlu nümunələr yaratdığını bildirib: “Özünəməxsusluq olmayan yerdə şairlik ola bilməz”. Eləcə də V.Yusifli onun “Qan borcu” poemasını 20 Yanvar mövzusunda yazılmış ən dəyərli əsərlərdən saydığını bildirib.
“Türk xalqları folkloru” şöbəsinin müdiri, fil.ü.e.d. Əfzələddin Əsgər əsas diqqəti onun alimliyinə çəkib, ilk növbədə Adil Cəmilin manasşünas alim kimi toxunduğu məsələlərdən danışıb: “Onun “Manas” dastanındakı söyləyicilikdən yazması çox əhəmiyyətlidir. Adil Cəmilin “Manas”la bağlı tədqiqatı bizim türk dastan ənənəsi haqqındakı təsəvvürümüzü genişləndirdi”.
Professor Nizami Tağısoy Adil Cəmilin həm şair, həm də alim kimi məsuliyətli olmasını vurğulayıb: “Adil Cəmil “Manas”ı oxucuya elə çatdırır ki, hər kəs onun dediyini anlaya bilir”.


İnstitutun sektor müdiri Əli Şamil Adil Cəmili tələbəlik illərindən yaxşı dost kimi tanıdığını bildirib, o çağlarla bağlı yaddaqalan məqamları dilə gətirib: “Onun milli şüuru yüksəldən, insana qayğı ifadə edən şeirlərini həmişə dəyərləndirmişəm”.
Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Adil Cəmilin bu cəmiyyətin tədbirlərində idarə heyətinin üzvü kimi fəal iştirak etdiyini bildirib, yubilyara təbrikini yetirib.
İnstitutun “Folklor nəzəriyyəsi” şöbəsinin müdiri, fil.ü.f.d. Ağaverdi Xəlil Adil Cəmilin yaradıcılığını hərtərəfli təhlil edib, özünəməxsus, fərdi fitrət sahibi olan şair kimi onun təbiiliyini, səmimiliyini, halallığını yüksək dəyərləndirib.
Klassik folklor şöbəsinin müdiri, fil.ü.f.d. Rza Xəlilov, fil.ü.f. d. Nizami Muradoğlu, Nigar Həsənova, elmi işçi Elçin Qaliboğlu da Adil Cəmil haqqında ürək sözlərini söyləyiblər.



           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.