Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.11.2014

“Qarabağ: folklor da bir tarixdir” kitabının IX cildi çap olunub

Folklor İnstitutunda Qarabağ layihəsi çərçivəsində daha bir kitab – “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin IX cildi işıq üzü görüb.
Bu cildə daxil edilmiş materialların böyük əksəriyyəti Beyləqan və İmişli rayonunda məskunlaşmış tərəkəmə camaatından toplanıb.
Bölgədən cin, hal anası, qaraçuxa kimi məlum mifoloji personajlarla yanaşı, “Allah hoy” adlı yeni personaj da aşkarlanıb. Cinin keçi dönərgəsinin yer qulacı adlandırılmasına ilk dəfə bu bölgədə rast gəlirik. Kitabda bölgənin Hacı Qulu, Kalbay Kazım, Saday bəy, Qaçaq Məhəmməd kimi məşhur adamları haqqında rəvayətlər də yer alıb.
Təhlə və muğanlı elinə bağlı tayfaların öz tarixləri və adət-ənənələrinə dair verdiyi məlu-matlar, Beyləqan rayonunda məskunlaşmış Sirik camaatının Novruz bayramı ərəfəsində keçirilən “Padşah oyunu” haqqında verdiyi məlumatlar oxucuların marağına səbəb olacağı qənaətindəyik.
Kitabda nağıl ustası Abbas Mahmud oğlu Abbasovun repertuarı da yer alıb. Ondan bir-birindən gözəl altı nağıl qeydə alınıb. Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə və yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılının Azərbaycanda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas Ababsovdan qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır.
“İsgəndər Zülqərnə” nağılı isə kontaminasiya baxımından xüsusi maraq doğurur. Nağıl İsgəndərin şimala, cənuba, şərqə və qərbə səfər etməsi və başına gələn macəralardan bəhs edir. Söyləyici bu üsulla beş süjetin kontaminasiyasına nail olub və nəticədə bənzəri olmayan bir nağıl nümunəsi ortaya çıxıb.
Kitabda həmçinin Qarabağ layihəsi çərçivəsində toplanan nağılların süjet göstəricisi verilib. Göstərici üçillik toplama fəaliyyətinə yekun vurmaqla yanaşı, bölgədən qeydə alınmış süjetlərin əyani mənzərəsini yaradır.
Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və tərtibçisi fil.ü.f.d. İlkin Rüstəmzadədir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.