Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.11.2014

Tərtərdə beynəlxalq elmi konfrans

«Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları» mövzusunda noyabrın 14-də Tərtər şəhərində keçirilən beynəlxalq elmi konfrans AMEA Folklor İnstitutu, Tərtər rayon İcra Hakimiyyəti, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə gerçəkləşdi.


Tərtərin Gənclər Mərkəzində keçirilən konfrans öncəsi açıq havada, səliqəli meydançada Qarabağa məxsus xalq oyun və tamaşalarından nümunələr göstərildi. «Dirədöymə», «Ənzəli», «Maral oyunu» qara zurnanın sədaları altında tamaşaçıları duyğulandırdı. Orta məktəb şagirdlərinin ifa etdikləri qədim xalq nəğmələri, yallı halayı, aşıq və balabançının şən və şux havacatları, meydanın bir tərəfində nehrə çalxayan, sacda kətə bişirən analarımızın görüntüləri canlı folklor məkanını xatırladırdı…


Konfransı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov belə bir konfransın Qarabağ torpağında keçirilməsinin elmi və ictimai əhəmiyyətindən, aktuallığından danışaraq öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova elmi heyət adından təşəkkürünü bildirdi. Natiq sərhəd bölgəsi olan Tərtər rayonunda bu tədbirin düzənlənməsini xarici qonaqlar – Amerika Birləşmiş Ştatlarından, Rusiya, İran və Orta Asiyadan gəlmiş tədqiqatçı-alimlər üçün də xüsusi maraq kəsb etdiyini vurğuladı.


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sərhəd bölgələrində, o cümlədən Tərtər rayonunda belə tədbirlərin keçirilməsini dövlətçilik baxımından yüksək dəyərləndirdi. O, xalqa məxsus adət-ənənə, oyun və tamaşaları unudulmağa qoymayıb yenidən xalqa qaytaran Folklor İnstitutunun elmi əməkdaşlarına, belə tədbirlərin keçirilməsinə məxsusi təşəbbüs göstərən və ona rəhbərlik edən f.ü.e.d. Muxtar İmanova öz minnətdarlığını bildirdi və yerli ziyalıların da bu konfransda həvəslə iştirak etdiyini xatırlatdı.


«Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, şair-publisist, ictimai xadim Qənbər Şəmşiroğlu son illərdə – Muxtar İmanovun Folklor İnstitutuna rəhbərliyi dövründə xalq yaradıcılığına, folklora, şifahi ədəbiyyata və etnoqrafik nümunələrin toplanıb tədqiq edilməsinə xüsusi diqqət ayrıldığını vurğuladı. Natiq bu gün Tərtərdə keçirilən beynəlxalq elmi konfransın da həmin diqqət və həvəsin bir örnəyi olduğunu qeyd etdi, tədbir iştirakçılarına xalqı özünə qaytaran bu yolda uğurlar dilədi.


Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Qarabağla, onun folkloru, etnoqrasiyası, tarixi ilə bağlı tədbirlərin məhz Qarabağ torpağında keçirilməsinin hər zaman zəruri olduğunu bildirdi. Bu baxımdan, natiq rəhbəri olduğu Beynəlxalq Fondun tədbirlərinin də mütəmadi olaraq Qarabağ torpaqlarında keçirilməyinin dünyəvi əhəmiyyətini açıqladı.


Konfransa qatılmış ABŞ vətəndaşı professor Anna Oldfield belə tədbirlərdə Azərbaycan həqiqətləri ilə yaxından tanış olduqlarını və öz ölkələrinə dəqiq, dürüst məlumatlarla qayıdacaqlarını vurğuladı. Türk xalqlarına məxsus aşıq sənətinin, ümümtürk folklorunun illərdən bəri yorulmaz tədqiqatçısına çevrilən əcnəbi professoru sərhəd bölgəsində düzənlənən Qarabağ xalq oyun və tamaşaları ilə bağlı konfrans, konfrans öncəsi meydandakı folklor motivli ifa, rəqs və rituallar sözün həqiqi mənasında heyrətə gətirmişdi.


Tədbirin plenar bölümündə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasından gəlmiş f.e.n.Ruxaniyyət Musayeva, İrandan gəlmiş Böyükbəy Ələkbəroğlu da çıxış edərək türk xalqlarına məxsus oyun və tamaşaların milli dəyərlər sistemində xüsusi önəm daşıdığını vurğuladılar və bu konfransın müvafiq olaraq Qarabağ torpağında keçirilməsini alqışladılar.


Sonra 4 bölmədə 50-yə yaxın elmi məruzə dinlənildi. Qarabağa, ayrı-ayrı bölgələrə və ümumən türk xalqlarına məxsus oyun və meydan tamaşalarına elmi yanaşmalar, təhlil və analitik nəticələr folklorşünaslığımızın yeni perspektivlərini aydınlaşdırdı.


Alimlərdən Füzuli Bayatın, Dilavər Əzimlinin, Məhsəti İsmayılın, Ağaverdi Xəlilin, Fidan Qasımovanın, İlkin Rüstəmzadənin, Sönməz Abbaslının, Tahir Orucovun, Nizami Muradoğlunun, Aynur İbrahimovanın, Ləman Süleymanovanın və b. məruzələri yeni ideya və mündəricə baxımından sağlam polemikaya, açıq elmi mübahisə və mülahizə predmetinə çevrildi.
Sonda – bağlanış toplantısında Folklor İnstitutunun direktoru M.İmanov çıxış edərək konfransın işini qənaətbəxş qiymətləndirdi və məruzəçilərə təşəkkür bəlgələrini təqdim etdi.

A.Savalan

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.