Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
12.11.2014

“Qarabağ: folklor da bir tarixdir” kitabının VII cildi işıq üzü görüb

Folklor İnstitutunda Qarabağ layihəsi çərçivəsində daha bir kitab – “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin VII cildi nəşr olunub.
Xocavənd rayonundan toplanmış folklor mətnlərini əhatə edən bu kitab özünəməxsus cəhətləri ilə seçilir. Kitabda məlum süjetlərin yeni variantları ilə yanaşı, ilk dəfə toplanan nümunələr də yer almışdır.
Qara Çobanla bağlı mətnlər bu baxımdan diqqəti cəlb edir. Bölgədə gah Qara Çoban, gah da Qaraca Çoban adlandırılan bu obrazın fiziki gücünü, görünüşünü əks etdirən mətnlər kifayət qədər geniş yayılmışdır.
Bayatılar və onların deyilmə tərzi ilə bağlı verilmiş məlumatlar da maraq doğurur. İndiyədək çap olunmuş bütün folklor toplularında xeyli sayda bayatı ilə üzləşirik, amma onların heç birində bayatının deyilmə məqamı, yeri və ifa tərzi ilə bağlı məlumatlar yoxdur. Bu cildin səciyyəvi cəhətlərindən biri də həmin faktların, yəni bayatının deyilmə məqamı, yeri və ifa tərzi ilə bağlı məlumatların əks olunmasıdr.
Kitabda yer almış Qarabağ hadisələri haqqında xatirələr, erməni daşnaklarına və rus imperializminə qarşı mübarizə aparan xalq qəhrəmanları barəsində məlumatlar, həmçinin tərəkəmə həyatını özündə əks etdirən etnoqrafik materiallar diqqəti cəlb edən örnəklərdir.
Söyləyicilərin pasportlaşdırılması zamanı tayfa və nəsillərin xatırlanması da yenilik kimi qəbul edilə bilər.
Layihənin rəhbəri AMEAnın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və tərtibçisi fil.ü.f.d., dos. Ləman Vaqifqızıdır (Süleymanova).

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.