Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.11.2014

“Qarabağ: folklor da bir tarixdir” kitabının VIII cildi çap olunub

Folklor İnstitutunda Qarabağ layihəsi çərçivəsində yeni bir kitab – “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin VIII cildi işıq üzü görüb. “Zərdabi” nəşriyyatında çapdan çıxmış kitabda Bakı, Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə və Xızı rayonlarında məskunlaşmış Kəlbəcər sakinlərindən toplanmış folklor örnəkləri yer almışdır.
Bu seriyadan buraxılan digər cildlərdə olduğu kimi, bu kitab da yeniliyi ilə diqqəti cəlb edir. Burada da nəsil-tayfa, əcdadlar haqqında, ayrı-ayrı kəndlərin bünövrəsini qoyan şəxslər haqqında maraqlı nümunələr verilmişdir.
Kitabda yer almış “Qulf haqqında” təsəvvür, “Yeddi qardaş ilan” haqqında rəvayət, “Üç qardaş” nağılı, “Səməd Vurğunun Kəlbəcər səfəri” ilk dəfə çap olunan nümunələrdir. Bundan əlavə, “Lövhi-məhfuz”, “Adam şeytan”, “Musa peyğəmbər və Qara qul”, “Aşıq Alının Türkiyə səfəri” kimi bir çox mətnlərin ənənəvi variantlardan fərqlənən yeni variantları yazıya alınmışdır.
Bölgədən yeni süjetlərlə yanaşı, Şıx Səyad kimi yeni personaj da qeydə alınmışdır. Şıx Səyad, Şıx Sədi, Şıx Sədin kimi müxtəlif adlarla təqdim edilən bu personaja nağıl qəhrəmanı kimi ilk dəfə bu bölgədə rast gəlinir.
Bölgədən toplanmış bəzi nümunələr həm də bir çox janrların inkişafı haqqında müəyyən təsəvvür əldə etməyimizə kömək edir.
Əsrik kəndindən qeydə alınmış “Əsl dost” nağılı (TR 893*A) belə nümunələrdən biridir. Mətn ənənəvi nağıl süjeti əsasında qurulsa da, məlum nağıllardan xeyli fərqlənir. Ənənəvi epik məkanlar burada real məkanla əvəz olunur (Yəmən, Misir kimi coğrafi adlar əvəzinə, Azərbaycan, Amerika kimi müasir coğrafi məkanlar işlədilir), hadisələr yaxın keçmişdə cərəyan etdiyindən müasir məişət elementləri, müasir dövrlə səsləşən bir çox sənət və peşə adları burada tez-tez işlədilir. Arxaik nağıllarda qəhrəmanın milliyyəti olmadığı halda, burada onun milli mənsubiyyəti önə çıxarılır.
“Əsl dost” nağılında müşahidə etdiyimiz bu cür dəyişikliklər, yəni nağılın fantastik donunu çıxararaq real məzmun kəsb etməsi, əslində onu müasir dövrlə əlaqələndirmək ehtiyacından irəli gəlir.
Layihənin rəhbəri fil.ü.e.d., AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və tərtibçisi fil.ü.f.d. İlkin Rüstəmzadədir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.