Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.11.2014

“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans

Zəngin tarixi və mədəniyyəti olan Qarabağ 20-ci yüzildə xarici ölkələrin təsiri ilə milli zəmində savaş və toqquşmalar meydanına çevrilmişdir. Nəticədə 700 mindən çox insan ata-baba yurdundan didərgin düşərək köçkünə çevrilmiş, bu isə yeni müstəqillik əldə etmiş Azərbaycanın da, işğalçı Ermənistanın da iqtisadiyyatına, mənəviyyatına ağır zərbə vurmuşdur.
Bölgədəki qeyri-sabit durum yüzillər boyu formalaşmış folklor mühitini də məhv olmaq təhlükəsi ilə üzləşdirmişdir. Zəngin folklorumuz ümumdünya mədəniyyətinin bir hissəsi olduğuna görə AMEA Folklor İnstitutu var gücü ilə çalışır ki, savaşdan, qaçqınlığın doğurduğu sarsıntılardan qurtulub həyatını davam etdirməkdə olan folklor daşıyıcıları ilə sıx əlaqə yaradıb onlardan folklor örnəkləri lentə alsın, kağıza köçürsün. Görülmüş tədbirlər öz bəhrəsini vermiş, 2012-2014-cü illərdə 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilmiş, 26 dekabr 2012-ci il tarixində Bakıda, 15 noyabr 2013-cü il tarixində Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilmişdir.
Mövzunun aktuallığını və ötən illərdə keçirdiyimiz konfranslara xarici ölkələrdən də (ABŞ, İsveç, Rusiya Federasiyası, Türkiyə və b.) alimlərin qatılmaq istədiyini nəzərə alaraq və Qarabağ mədəniyyətinə diqqəti daha da artırmaq üçün AMEA Folklor İnstitutu qərara almışdır ki, Tərtər Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə 2014-cü il noyabr ayının 14-də Tərtər şəhərində “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirsin.
Konfransda aşağıdakı mövzularda çıxışlar nəzərdə tutulub:
1. Ümumtürk kontekstində xalq oyun və meydan tamaşalarının müqayisəsi.
2. Qarabağda tarixən mövcud olmuş xalq oyunları və meydan tamaşaları.
3. Xalq oyunlarının ritual-mifoloji kökləri.
4. Mövsüm və mərasimlə bağlı xalq tamaşaları.
5. Xalq oyunlarının musiqi ilə əlaqəsi.
6. Uşaq oyunları.
7. Xalq oyunlarının xalq mədəniyyətinin digər sahələri ilə əlaqəsi.
8. Xalq oyunlarından və meydan tamaşalarından teatr səhnələrində, televiziyada istifadə yolları.
9. Kompyuterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları.
Konfransın keçirilməsində məqsəd həm Qarabağda, həm də digər bölgələrimizdə mövcud olmuş xalq oyun və meydan tamaşalarını ümumtürk kontekstində öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.
Konfransa qatılmaq üçün göndərilmiş onlarla məruzədən diqqətlə seçim edilmiş və mövzunun tələblərinə cavab verməyən, elmi məruzənin texniki tələblərinə uyğun gəlməyən məruzələr kənara qoyulmuşdur.

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.
Tel: (+994 12) 498 81 08, (+994 12) 492 92 48,
Faks: (+994 12) 498 16 21
Web: www.folklorinstitutu.com,
E-mail:
azfolklor@yahoo.com, qarabag.tamasha@rambler.ru

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.