Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

«ORTAQ TÜRK KEÇMİŞİNDƏN ORTAQ TÜRK CƏLƏCƏYİNƏ» VI BEYNƏLXALQ FOLKLOR KONFRANSINDA AMEA-nın PREZİDENTİ AKADEMİK MAHMUD KƏRİMOVUN AÇILIŞ NİTQİ

Əziz qonaqlar!
Hörmətli konfrans iştirakçıları!
İki illik fasilədən sonra «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı VI beynəlxalq folklor konfransında yenidən bir araya gəlməyimiz münasibəti ilə sizin hamınızı təbrik edir və salamlayaram.
Keçən iki ildə Azərbaycan folkloru və folklorşünasları üçün ağır sınaq dövrü oldu. Azərbaycanda «folklor hərəkatı» adlı böyük milli-mənəvi mücadilə başlamış AMEA Folklor İnstitutunun direktoru, professor H.İsmayılovun səhhətində yaranmış müvəqqəti problemlər Azərbaycan milli mədəniyyəti və elminin ayrılmaz atributuna çevrilmiş «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» beynəlxalq konfrasının işində ikiillik fasilə yaratmışdır. Keçən iki il ərzində prof. H.İsmayılovun rəhbərlik etdiyi Folklor İnstitutu öz işini əzmlə davam etdirərək, bütün çətinliklərin öhdəsindən uğurla gəldi. İki il ərzində milli mədəniyyətimizin ən nəhəng layihələrindən olan 100 cildlik «Azərbaycan folkloru külliyyatı»nın cildlərinin sayı 20-ni ötüb keçdi. İnstitutda 500-dən artıq elmi kitab çap olundu. Ona görə də belə hesab edirəm ki, bu gün biz əslində, təkcə beynəlxalq konfransın açılışına deyil, həm də Folklor İsntitutunun milli-mənəvi dəyərlərin yaşadılması uğrunda apardığı mübarizənin təntənəsinə yığışmışıq. Mən bu böyük qələbə münasibəti ilə sizlərin hamısını ürəkdən təbrik edirəm.
Bu konfransın yalnız Azərbaycan miqyasında deyil, ümumtürk miqyasında, həm də yalnız elmi-mədəni müstəvidə deyil, qloballaşan müasir dünyada türk etnosunun sosial-siyasi baxımdan bütövləşməsi müstəvisində əhəmiyyətini əsaslandırmaq üçün çıxışıma möhtərəm prezidentimiz İlham Əliyev cənablarının nitqindən bir sitatla başlamaq istəyirəm: «Dünyada qloballaşma prosesi gedir. Ancaq eyni zamanda ayrıseçkilik məsələləri də kifayət qədərdir və biz bunu görürük. Biz bu vəziyyətə özümüzü uyğunlaşdırmalıyıq. Bir-birimizə bağlı olmalıyıq, bir-birimizin əlini möhkəm tutmalıyıq ki, gücümüz daha da artsın. Bu gün türk dünyasının çox böyük potiensialı var və Türkiyə başda olmaqla bütün türkdilli dövlətlər siyasi, iqtisadi cəhətdən, bütün başqa cəhətlərdən sürətlə inkişaf edir. Bizim bölgənin inkişafı nəticəsində dünya proseslərinə böyük təmirlər olacaqdır və biz bunu görürük.
... Bu baxımdan ziyalıların bir araya gəlməsi, konfransların, qurultayların keçirilməsi, ictimai xadimlərin, millət vəkillərinin davamlı əlaqədə olması çox böyük əhəmiyyət kəsb edir».
Artıq 8 ildir ki, AMEA–nın İctimai və Humanitar Elmlər Bölməsinin əsas intellektual ağırılıq mərkəzlərindən olan Folklor İnstitutu Türk dünyasının bütövləşməsi, etnik-mədəni dəyərlərin ortaqlaşması missiyasına xidmət edən «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı beynəlxalq konfransda türk dünyasının elmi elitasını Bakıya toplayır, onları birlikdə salamlamaq şərəfini bizlərə növbəti, səkkizinci dəfə nəsib edir. Hər bir ümumilli missiyanın həyata keçirilməsinə yönələn ziyalı işinin faydalılııq əmsalı onun aydın müəyyənləşdirilmiş məqsəd və proqrammı ilə yanaşı, bu işin davamlılığı, fasiləsizliyi ilə də müəyyənləşir. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı beynəlxalq folkor konfransının səkkiz il müddətində fasiləsiz və davamlı olaraq keçirilməsi bir daha onu sübut edir ki, konfransın adında ifadə olunan məqsəd Azərbaycan folklorşünasları, eləcə də bu konfransın ətrafına topladığı türk elmi elitası üçün, həqiqətən də, ümumilli səviyyədə dərk olunmuş missiya və uzaq hədəflərə hesablanmış uzunmüddətli strategiyadır.
Son dərəcə böyük iqtisadi, intellektual, mədəni-mənəvi potensiala malik olan türk dünyasının ortaqlaşması, yəni bu potensialın vahid bir gücə çevrilməsi prosesi həm etnokultroloji, həm də sosioloji baxımdan mürəkkəbliklərlə müşahidə olunur. Avrasiya materikinin mərkəzində Şərqdən Qərbə doğru müasir beynəlxalq siyasi reallıq üçün son dərəcə əhəmiyyətli bir coğrafi mövqedə qərarlaşmış türk etnik-coğrafi arealı dünyanı idarə edən güclərin diqqət mərəkzindədir. Bu etnik-coğrafi areal özündə Türkiyə Cümhuriyyətinin daxil olduğu 6 türk dövlətini, 10-a qədər muxtar türk respublikasını, siyasi dövlət strukturu olmayan neçə-neçə türk toplumunu birləşdirir. Türk toplumlarının məskunlaşdığı coğrafi ərazilər yalnız iqtisadi potensial baxımından, yerüstü və yeraltı sərvətlərinə görə zəngin deyildir. Bu ərazilərdə mənəvi resurslar da tarixən zəngin olmuş, bu gün də zəngin olaraq qalmaqdadır. Bu konfransın keçirilməsinin əsas məqsədlərindən biri də türk xalqlarının tarixi proseslər nəticəsində parçalanmış mənəvi resurslarını birləşdirmək, dünya humanitar düşüncəsində layiqli mövqe tutmağın elmi strategiyasını müəyyənləşdirməkdir.
Dünyada xalqların və millətlərin milli, dini, iqtisadi, siyasi və mədəni birliklərinin gerçəkləşdirən müxtəlif təşkilatlar mövcuddur. Bu təşkilatlar birlik üzvlərinin problemlərini həll etmək üçün səyləri birləşdirir və bununla da ayrılıqda həll olunması çətin olan məsələlərin həllini asanlaşdırır. Elmi və mədəni intellekt yarışnda geridə qalmaq çağdaşlıqla ayaqlaşmamaq milli inkişafın gələcəyi üçün müsbət proqnoz vermir.
Türk xalqarının zəngin tarixi mədəni keçmişi vardır. Bu zənginlitk gələcəyə də aparılmalıdır. Bunun üçün mənəvi elmi dəyərlərə ciddi elmi yanaşma ilə yanaşı elm siyasəti və milli mədəniyyət konsepsiyası işlənib hazırlanmalıdır. Məlumdur ki, dəqiq elmlər təbiətdəki qanunauyğunluqları, humanitar elmlər isə mədəniyyətdəki qanunauyğunluqları aşkarlayır. Biz gələcək mədəni inkişaf konsepsiyamızı müəyyənləşdirmək üçün elmi araşdırmaları və onlarda aşkarlanmış qanunauyğunluqların qeydə alınmasını təmin edərək xalqlarımızın qloballaşan dünyada yerini aydın təsəvvür etmək imkanında olmalıyıq.
Texnogen inkişaf mədəni inkişafla tənasüb təşkil etməyəndə harmonik tamlıq yaratmır, cəmiyyətdə digər institutların da funksionallığı təmin olunmur. Ona görə də, çağdaş tərəqqinin irəliyə doğru sürəti mənəvi ehtiyatların toplanmasının geriyə, keçmişə doğru olan sürətinə bərabər olmayanda cəmiyyətdə mənəvi harmoniya pozulur. Gələcəyə milli-mənəvi bir bütöv kimi getmək üçün keçmişin, milli-tarixi təcrübənin əldə etdiyi dəyərlərin bir araya, gətirilməsi, elmi təhlildən keçirilməsi və gələcəyə gedən insanın mənəvi yaddaşına köçürülməsi olduqca vacibdir. Keçmişdən bugünə gələn dəyərlərin ən mükəmməl nümunələri xalq yaradıcılığında qorunmuş, folklorda öz izlərini saxlamışdır. Ona görə də folklorün öyrənilməsi heç də başqa qlobal texniki məsələlərdən az əhəmiyyət daşımır. Ən sadə nümunədə, məsələn, təmamilə çağdaş, amma milli-mənəvi mirasdan təcrid olunmuş insan tipi nə qədər məzmunsuz görünür.
Mən konfransın işinə böyük ümidlə baxıram. O mənada ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizi qoruyaraq, inteqrasiyanın optimal yollarının aramaq və müəyyənləşdirmək baxımından mövcud baxışları konseptual bir şəklə gətirə biləcəkdir. Xalqlarımızın mənəvi ünsiyyətinin intensivləşməsinə, mədəni inteqrasiyasının sürətlənməsinə və nəticədə mükəmməl bir birliyə qovuşmasına böyük ehtiyacı var. Elə düşünürəm ki, Folkor İnstitutunun təşəbbüsü ilə başlanan konfrans bu sahədəki boşluğu aradan qaldıracaq və əlaqələrin güclənməsini, gələcək perspektivlərin müəyyənləşməsini təmin edəcəkdir.
Bir daha bütün konfrans iştirakçılarını təbrik edirəm və hər birinizə uğurlar arzulayıram!

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.