Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
22.10.2014

Folklor İnstitutunun əməkdaşı “Böyük Volqa folkloru” konfransında iştirak edib

Rusiya Federasiyasının Saratov şəhərində 2014-cü il oktyabr ayının 13-dən 16-dək “Böyük Volqa folkloru” adlı ümumrusiya elmi konfransı keçirilib.
Konfrans “2014-mədəniyyət ili” çərçivəsində RF Mədəniyyət Nazirliyi Dövlət Rus Folkloru mərkəzi, N.Q.Çernışevski adına Saratov Dövlət Universiteti, L.V. Sobinova adına Saratov Dövlət Konservatoriyası, Saratov Vilayət İncəsənət işçiləri evi tərəfindən təşkil edilib.
Konfransın proqramına “Böyük Volqa qala-konserti”, “Volqaboyunun folklor ənənələri” metodik seminarı və Volqaboyu vilayətlərin folklorunun öyrənilməsinə həsr olunmuş çoxsaylı məruzələr daxil edilib.
AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin “Türk və slavyan folklorunda çaydan keçidin ritual-mifoloji semantikası” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Eyni zamanda o, “Böyük Volqa folkloru” ümumrusiya elmi konfransının açılış iclasına da həmsədrlik edib. A.Xəlil çıxışında Volqanı region xalqları arasında mədəniyyətlərin inteqrasiyasında oynadığı rol baxımından dəyərləndirib. Çıxışda qeyd olunub ki, Volqa çayının ətrafı qədim zamanlardan slavyanların, türklərin, fin-uqorların və başqa xalqların vətəni olub və çay bu xalqların mədəniyyətlərinin inteqrasiyasında mühüm rol oynayıb. Volqa Rusiyanın bir çox rayonlarını dolaşır və nəhayət, Xəzər dənizinə tökülr. Ən qədim zamanlardan Xəzər hövzəsində yaşayan türk xalqları Volqa ilə tanışdırlar. Volqanın indi daha çox istifadə olunan adlarından bir neçəsi də əski türklərin adları ilə bağlıdır.
Çıxışda o da qeyd olunub ki, “Böyük Volqanın mənəvi məzmunu onun fiziki ölçülərini ötüb keçir. Slavyan və türk xalqalarının qədim zamanlardan dost və qardaşca yaşadığı Böyük Volqa və Xəzər mənəvi məkanında ortaq dəyərləri formalaşıb və bu dəyərlər özünün əksini folklorda tapıb. Volqa xalqları və mədəniyyətləri birləşdirir, ortaq mənəvi dəyər konseptinin formalaşmasında iştirak edir, dostluğa, qardaşlığa, həmrəyliyə yardım edir, keçmişin ortaq mənəvi dəyərlərini gələcəyə daşıya bilmək üçün əlaqələndirici, vasitəçi və koordinasiyaedici rolunu bu gün də saxlayır.
A.Xəlil məruzəsində türk və slavyan xalqlarının folklorunda müşahidə olunan arxaik çaydan keçid ritualının rudimentlərini müqayisəli-tipoloji şəkildə təhlil edib, oxşar və fərqli xüsusiyyətləri ənənəvi mədəniyyətin qanunayuğunluqları kontekstində aydınlaşdırıb. Konfrans Volqaboyu rayonların folklor kollektivlərinin çıxışlarından ibarət festivalla yekunlaşıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.