Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.10.2014

Yazıçılar Birliyində Adil Cəmilin 60 illik yubileyi qeyd edilib

Oktyabrın 16 da Azərbaycan Yazıçılar Birliyində tanınmış şair, alim, AMEA-nın Folklor İnstitutunun əməkdaşı Adil Cəmilin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıb və yubilyarın çoxşaxəli fəaliyyətindən danışıb: "İstedadlı şair Adil Cəmilin yaradıcılığı təkcə poeziya ilə məhdudlaşmır. O, tərcüməçilik, publisistik, ədəbiyyatşünaslıq və elmi fəaliyyətlə də məşğul olaraq dolğun bir ömür yaşayıb. Amma Adilə baxanda onun 60 yaşı olduğuna inanmaq olmur.
Adil Cəmilin doğulub böyüdüyü torpaq Azərbaycan ədəbiyyatına ölməz söz ustaları bəxş eləyib. Adil Cəmil də öz əsərləri, kitabları ilə sələflərinin davamçısı olduğunu sübuta yetirib".

AYB‑nin sədri, xalq yazıçısı Anar Adil Cəmili çox istedadlı, vətənpərvər şair kimi xarakterizə edib: "Onun yaradıcılığında Vətən, torpaq sevgisi, yurd həsrəti üstünlük təşkil edir".

Professor Şirindil Alışanlı Adil Cəmili bütün ömrü boyu ədəbiyyatla, ədəbi proseslə bağlı olan yaradıcı insan kimi səciyyələndirib: "Adil Cəmil haqqında yazılan məqalələrə təkrar nəzər salanda baxdım ki, 50 yaşı haqqında o vaxt "Ədəbiyyat qəzeti"ndə təbrik yazmışam. Birdən-birə diksindim ki, 10 il nə tez gəldikeçdi? Dünən Adilin bütün kitablarını qarşıma yığıb yenidən göz gəzdirdim. Adil Cəmil poeziyamız, ədəbiyyatımız və onun təbliği üçün, folklorumuzun tədqiqi istiqamətində, türk xalqlarının dastan ənənələri və "Manas"ın araşdırılması yönündə böyük işlər həyata keçirib. Adil Cəmil ürək genişliyi ilə həmkarları, ilk qələm təcrübələrini bölüşən gənc yazarlar haqqında da yazıb, onları çox yüksək səviyyədə dəyərləndirib".

Tənqidçi Vaqif Yusifli deyib ki, Adil Cəmilin ilk şeiri "Bahar" 1970‑ci ildə "Mingəçevir işıqları" qəzetində dərc edilib. İlk şeirlər kitabı "İşıqlar, pərvanələr" isə 1980-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. "İşıqlar, pərvanələr", "Gündoğandan günbatana", "Aylı gecə nağılı" Adil Cəmilin bir-birinə yaxın illərdə (1980-1984) çap olunan üç şeir kitabıdır. Bu kitablardakı şeirlərin əksəriyyəti 70-ci illərdə qələmə alınıb. Ona görə də Adil Cəmili heç bir tərəddüd eləmədən "yetmişincilər" ədəbi nəslinə aid edirik. Çünki Adil Cəmilin bir şair kimi özünü dərk etməsi, formalaşması məhz yetmişinci illərdən başlanır".
Tənqidçi yubilyarın bütün yaradıcılığı boyu aşıq şeirinin, xalq poeziyasının ruhuna sadiq qaldığını, amma eyni zamanda, sərbəst şeirə də müraciət edir, heca şeirində deyə bilmədiklərini sərbəstdə ifadə etdiyini vurğulayıb.

Professor Qəzənfər Paşayev Adil Cəmilin yaradıcılığı haqqında danışaraq daha çox mətbu fəaliyyətini, jurnalistliyini önə çəkib və onu mətbuatımızda öz dəsti-xətti olan publisist kimi dəyərləndirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.