Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
8.10.2014

Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən simpoziumda iştirak ediblər

Sentyabrın 26-28-də Türkiyədə Abant İzzet Baysal Universitetinin təşkilatçılığı ilə 5-ci Uluslararası “Bolu tarixi, mədəniyyəti və Koroğlu simpoziumu” keçirilib.
Simpoziumu açan AİBU-un rektoru, prof. dr. Hayrı Coşqun iştirakşıları salamlayıb, onlara uğurlar arzulayıb.


Azərbaycanlı millət vəkili Qənirə Paşayeva Koroğlunu gənclərə tanıtmağın və dünyaya çatdırmağın önəmini vurğulayıb. Açılış mərasimində başqa yaddaqalan çıxışlar da olub.
Simpoziumda Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın və başqa rəsmilərin təbrikləri oxunub.
Sentyabrın 26-27-də müxtəlif salonlarda araşdırmaçıların çıxışları dinlənilib, maraqlı müzakirələr olub.


Simpoziumda Folklor İnstitutunun əməkdaşları fil.ü.e.d. Füzuli Bayat (“Koroğlu dastanının fransız və ingilis dillərinə tərcüməsi məsələsi”), prof., fil.ü.e.d Ramazan Qafarlı (“Koroğlu eposunun İ.Şopen və Xodzko nəşrlərinin (1840-1842) müasir mətnlərlə müqayisəli təhlili”), fil.ü.e.d., dos. Seyfəddin Rzasoy (“Prof. İsrafil Abbaslının araşdırmalarında Koroğlu obrazı”), fil.ü.f.d., dos. Ağaverdi Xəlil (“Oğuz türklərində Koroğu dastanlarının struktur oxşarlığı”), fil.ü.f.d., dos. Tahir Orucov (“Koroğlu dastanı – Türk dünyasının ortaq dastanı”), fil.ü.f.d. Nailə Əsgər (“Bir dastan qəhrəmanı olaraq Aşıq Koroğlu”), fil.ü.f.d. Qalib Sayılov (“Koroğlu dastanında əski inanclar və islam”),

fil.ü.f.d. Nizami Muradoğlu (“Müstəqillik dövrü Azərbaycan şeirində Koroğlu motivi”), Akifə Xəlilova (“Koroğlu ilə bağlı ata sözləri və xalq deyimlərində igidlik konsepsiyası”), Elçin Qaliboğlu (“Azərbaycanda Koroğlu dastanı ilə bağlı xalq əfsanələri”), Aynur Qəzənfərqızı (“Kumıklardan toplanmış Koroğlu nağılında köpək qadın və Koroğlu əlaqəsi”), Qumru Şəhriyar (“Mifologiyada su ünsürü və onun Koroğlu dastanında əksi”), Səfa Qarayev (“Əkizlər mifi əlaqəsində Qırat və Dürat”), Hikmət Quliyev (“Mərkəz simvolizmi baxışından Koroğlu obrazı”) çıxış ediblər.
Üç gün davam edən konfransa Azərbaycan, İtaliya, Özbəkistan, Tatarıstan və İrandan gəlmiş 70 araşdırmaçı qatılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.