Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AMEA FOLKLOR İNSTİTUTUNUNDİREKTORU, F.E.D., PROFESSOR HÜSEYN İSMAYILOVUN «ORTAQ TÜRK KEÇMİŞİNDƏN ORTAQ TÜRK GƏLƏCƏYİNƏ»
VI ULUSLARARASI FOLKLOR KONFRANSININ
İŞTİRAKÇILARINA MÜRACİƏTİ


Əziz qonaqlar!
Hörmətli konfrans iştirakçıları!
Sizi, dünya türklərinin mədəni ortaqlaşması işində mühüm əhəmiyyət kəsb edən, xalqlarımızın tarixi keçmişinin, etnik əxlaqının və mənəviyyatının vahidliyini özündə ən bariz şəkildə təcəssüm etdirən «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» VI Uluslararası Konfransda iştirak etməniz münasibəti ilə təbrik edir və salamlayıram!
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu yarandığı tarixdən Azərbaycan folklorunun qardaş türk xalqları folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntəzəm məşğul olur. Bu baxımdan 2003-cü ildən ardıcıl olaraq müntəzəm keçirilən «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» Uluslararası Folklor Konfransının türk xalqlarının mənəvi-mədəni, elmi-intellektual inteqrasiyasında öz payı, öz rolu vardır. Artıq altıncısı keçirilən və bu beynəlxalq tədbir milli və siyasi coğrafiyası, beynəlxalq tərkibi, elmi sanbalı, mədəni-siyasi əhəmiyyəti və s. baxımdan yalnız Azərbaycanın elmi həyatının deyil, mədəni-siyasi həyatının da əlamətdar hadisələrindən birinə çevrilmişdir.
Bildiyimiz kimi, dünya tarixində böyük və şərəfli iz buraxmış türklərin min illəri aşan həyat təcrübəsində yüksəlişlərlə yanaşı geçici enişlər də olmuş və hər zaman bu xalq, bu etnos həmin ağır durumları aşmak üçün səfərbər olmuş və bunu da bütün zamanlarda öz mənəvi, zehni və fiziki gücü sayəsində başara bilmişdir. Türklər yayğın olduqları geniş coğrafi məkanda zaman-zaman Asiya və Avrupanın ən nəhəng imperatorluqları və dövlətlərilə çarpışmış, yaşam mücadiləsi vermiş, tarixin çeşidli sınaqlarını qazanmağı başarmışlar.
Türk dölətçilik ənənəsi xalqın düşüncəsində və folklorunda daşlaşmış və türk etnosu var olduğu qədər davam edecekdir.
Ötən son yüzillərdə Azərbaycan və Orta Asiya türkləri tarixin daha acı sınaqlarına sinə gərməli olmuşlar. Müstəqilliyimizi itirdiyimiz dövrdə əvvəlcə çar Rusiyası, sonra Sovet imperiyası zaman-zaman bizi öz kökümüzdən uzaqlaşdırdı. Böyük dəyərlərlə silahlanmış ulu babalarımızın, əcdadlarımızın böyük mənəvi dünyasından bizi uzaq saldılar. Mənəvi səfalət baş aldı, hakim dairələr yavaş-yavaş xalqın şüuruna fantazmi, möhumatı yeritdilər. Fanatizm insanın əl-qolunu bağlayan, onu köləyə çevirən vasitədir. Bir müddət biz öz mənəvi dəyərlərimizdən, öz dünyamızdan qopduq və ayrıldıq. Mənəvi faciələrimizin başlanğıcını bunlarla hesablamaq lazımdır. Çar Rusiyası bizi yavaş-yavaş keçmişimizdən qırmağa başladı. Mollaxanalarda iki-üç il təhsil almaq savad qazanmaq mümkün deyildi. Kənar ölkələrdə oxuyan ziyalıları isə barmaqla sadalamaq olardı. Milli ətalət, milli intelektual səviyyənin dəyərlərdən uzaqlaşma dünyaya meydan oxuyan şərin qələbəsi idi.
Tarixi gerçəklikdir ki, Avropa Şərq dəyərləri üzərində öz dövlətini qurdu, öz mədəniyyətini formalaşdırdı, öz əxlaqi-mənəvi dəyərlərinə buradan nələri isə götürdü – beləliklə, inkişaf və tərəqqiyə başladı. Şərq tərəqqinin əsas mərhələlərini keçib. Dünya bir-beş illə ölçülmür. Bəşəriyyətin tərəqqisi min illərlə ölçülür. Bu min illərin arxasında Şərqin hansı yüksəlişlər keçdiyi məlumdur. Amma hakim dairələr, dövlət başçıları öz imperiyasını qorumaq üçün elə şərait yaratmağa başladılar ki, insanların milli şüurunu, milli-mənəvi əxlaqi dəyərlərini, qüdrətini təmin edən vasitələr arasından çıxsın.
Amma xalq isə öz keçmişinə məhəbbətini, ünsiyyətini folklorunda saxladı. Xalqın, ulu babalarımızın yaratmış olduğu ən ciddi mənəvi-əxlaqi dəyərlər, mədəniyyət, yaxud dövlət, yaxud həyat, ictimai aləmin dərk edilməsi ilə bağlı təsəvvürlər folklor elementlərində, folklor örnəklərində yaşayan informasiyalarda, xalqın hafizəsinə, qan yaddaşında yaşya-yaşaya bu günümüzə gəlib çatıb. Bunlardan bizi uzaq salmaq, yəni keçmişimizdən iraq salmaqla, bunları xalqdan gizlətməklə içimizdə boşluq yaranmağa başladı. Bu boşluq bizi mənəvi süquta, mənəvi deformasiyaya aparan bir yolun başlanğıcı oldu. Nəticədə Azərbaycanın Rusiyaya ilhaqından sonra Sovetlər dönəmində bolşeviklərin Azərbaycana, Şərq qapılarına böyük təsiri ilə sonuclandı.
Represiya illərində folklorşünaslardan - folklorla məşğul olanlardan biri də sağ qalmadı. Bilirdilər ki, folklor yaşayırsa, xalqa çatdırılırsa, xalqın tarixi mənəvi keçmişi ilə əlaqəsi bərpa olunsa, onda o xalqı manqutlaşdırmaq çətindir. Repressiya ilə xalqı həm də çox millətli sovet xalqı adı altında milli hissdən, milli ruhdan məhrum etmək istədilər. Amma bacarmadılar.
Ulu babalarımızın yaratmış olduqları mənəvi dəyərlər, nəhəng abidələr, böyük türk əxlaqı, mənəviyyatı, folkloru bizı qorudu, saxladı. Gəlin, bir neçə illlər əvvələ qayıdaq. Məhz milli-mənəvi ənənələrə, dəyərlərə ehtiramını heç vaxt itirməyən Azərbaycan xalqı vətənin çətin günlərində gedib öz böyük oğlunu – Heydər Əliyevi hakimiyyətə gətirdi. Xalq onu hakimiyyətə gətirməklə Azərbaycanı böyük şər qüvvələrin qurduğu tordan qurtardı.
Milli və bəşəri mənəvi mirasa son dərəcə böyük sayğı ilə yanaşan Heydər Əliyev xalqımız üçün mədəni-mənəvi abidələrin dəyərini dəqiqliklə müəyyənləşdirdi və onların təbliği və tanıdılması işində ən müdrik təşəbbüskar kimi şəxsən özü çıxış etdi. Azərbaycanın problemləri başdan aşdığı vaxtda böyük xərc hesabına, böyük çətinliklə YUNESKO-nun xəttilə Bakıda «Dədə Qorqud» yubileyi keçirildi. Bu, keçmişimizi, atamızı, qədim türk oğuzunu, qədim türk qüdrətini çağırmaq, səsləmək idi. Ulu Öndər həmin beynəlxalq tədbirdə məşhur bir ifadə işlətdi: «Biz, “Dədə Dorqud”u yubiley xatirinə keçirmirik. Biz Qorqudu əbədi olaraq öz yurduna, öz vətəninə, xalqımızın içinə qaytarmalıyıq». Qaytardı da.
Bu gün Azərbaycan Qafqazın lider dövlətidir. Azərbaycan güneyi-qüzeyli 50 milliyonluq xalqın zəngin bir torpaq üzərində qurduğu məmləkətdir. Azərbaycanda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu günki yüksəlişini heç kim dayandıra bilməz. Azərbaycan çiçəklənir, Azərbaycanın tərəqqisi göz önündədir.
Azərbaycan dövləti, Azərbaycan xalqı türk mənşəli xalqlarla iqtisadi, siyasi və mədəni əlaqələin ən yüksək səviyyəyə çatdırılmasına can atır. Bir müddət bundan öncə Türkdilli ölkə rəhbərlərinin Naxçıvanda toplanması və bizim xalqların gələcəkdə daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq qərarlar qəbul etməsi buna əyani sübutdur.
Mədəni əlaqələrimizin inkişafında “Heydər Əliyev Fondu”nun Prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi səylərini də burada xüsusi vurğulamaq lazımdır.
Mən bu tribunadan türk xalqlarının mədəni-mənəvi birliyinin möhkəmlənməsində böyük əməyinə görə bütün konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm.
İnanıram ki, bu konfrans türk dünyasının müxtəlif bölgələrindən gəlmiş alimlərin elmi ünsiyyətini təşkil etməklə yanaşı, türk alimlərinin simasında türk xalqlarının mənəvi birliyini yaradılması, şanlı keçmişə malik türkün eyni işarəli gələcəyinin real olduğunun anılması işində irəliyə bir addım olacaq, ona doğru gedən yolları göstərəcək.
Sonda bir daha Sizin hamınızı bir daha salamlayır, konfransın işinə uğurlar diləyirəm!

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.