24.6.2014
Folklor İnstitutunun əməkdaşları “Bilgeler zirvesi”ndə

2014-cü il mayın 26-28-də Eskişeherdə keçirilən “Türk Dünyası Bilgeler Zirvesi”nə dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın alim gəlmişdi.
Toplantıda Türkiyədən sonra ən çox məruzə edən alimlər Azərbaycandan idi. Ölkəmizin elm və təhsil müəssisələri arasında da AMEA Folklor İnstitutu seçilirdi. Bu elm ocağından simpoziumda iştirak edənlərin sayı başqa təşkilatlarla müqayisədə xeyli çox idi.
AMEA Folklor İnstitutu əməkdaşlarından Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlilin “Mahmud Kaşqarinin Türk xalq ədəbiyyatını öyrənmə yöntəmləri”, fil.ü.f.d. Qalib Sayılovun “Nəsiminin insan konsepsiyası və islam”, Mifologiya şöbəsinin müdiri, fil.e. d. Seyfəddin Rzasoyun “Bahadur xan Oğuz törəsinin qoruyucusu və yaşadıcısı kimi”, fil.e.d. Sərxan Xavərinin “Əhməd Yəsəvinin Türk-İslam mədəniyyətinin inkişafında rolu”, fil.e.d. Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə Türk dünyasının istiqlal şairidir”, fil.ü.f.d. Əziz Ələkbərlinin “Yunus Emrə tarixi kimliyinin Azərbaycandakı izləri” və Əli Şamilin “Musa Cerulla Biginin görünməyən tərəfləri” mövzularında məruzələri dinlənilmişdir.
|