Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
23.6.2014

Zaqatalada folklor turizmi

19 iyun 2014-cü ildə Zaqatala şəhərində “Azərbaycanda folklor turizmi: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Problem geniş və əhatəli müzakirə olunmuş və məlum olmuşdur ki, bu turizm prioritetinin tətbiqinə Azərbaycanın mövcud reallıqları tam cavab verir. Bu baxımdan əlverişli təbii-coğrafi şəraiti, zəngin tarixi-mədəni irsi, çeşidli, həm də brend mətbəxi, koloritli adət və ənənəsi ilə seçilən ölkəmizin turizm üçün daha maraqlı olacağı tədbirdə xüsusi vurğulandı. Qeyd olundu ki, məhz turizm vasitəsiylə maddi və mədəni irsin təbliği hazırki dövr üçün daha aktual görünür.


Dəyirmi masa Mədəniyyət və Turizm Nazirliyinin (Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzin) təşkilatçılığı ilə keçirilsə də, AMEA Folklor İnstitutu bu masaya bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qatılmışdır.


Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzin direktoru fəl.ü.e.d., prof. Vilayət İsmayılov ölkədə ilk dəfə bu məzmunda keçirilən masanın əhəmiyyətindən danışdı. O qeyd etdi ki, folklor turizmi vasitəsilə maddi və mənəvi irsimizi daha səmərəli şəkildə təbliğ etmək mümkün olacaq.


Tədbirdə iştirak edən AMEA Folklor İnstitutunun direktoru, f.ü.e.d. Muxtar İmanov tədbirin keçirilməsini birgə əməkdaşlığın uğuru kimi qiymətləndirdi. O qeyd etdi ki, məhz bu cür inteqrasiyalar mədəniyyətimizin və elmimizin inkişafına töhfə verə bilər.


Dəyirmi Masada RİH başçısının (İctimai-siyasi və humanitar məsələlər üzrə) müavini Vəfa Süleymanova, Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Atakişiyeva ilk dəfə belə bir mövzuda dəyirmi masanın Zaqatalada keçirilməsindən məmnun olduqlarını çıxışlarında ifadə etdilər.


Masanın aparıcı mövzusunu AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli təqdim etdi və o, Azərbaycanda folklor turizminin tətbiqi əhəmiyyətindən danışdı.


Masada daha sonra Qüdrət Niyaz oğlu (AMİ-nin Zaqatala filialının kafedra müdiri) “Turizmin inkişafında tarixi abidələrin rolu”, Məmməd Şaban oğlu (“Zaqatala” qəzetinin müxbiri) “Folklorda yaşayan toponimlərimiz”, Ləman Süleymanova (AMEA Folklor İnstitutunun “Azsaylı xalqların folkloru” sektorunun müdiri) “Folklor və etnoqrafiya vasitəsilə turizmin təbliği” mövzularında çıxış etdilər.


“Dəyirmi masa” bitdikdən sonra rayon folklor qrupları tədbir iştirakçıları qarşısında musiqili proqramla çıxış etdilər. Tədbir başa çatdıqdan sonra qonaqlar və iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.