Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.6.2014

Folklor İstitutunda Elmi Şuranın iclası keçirilib

İyunun 10-da AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib.
AMEA Folklor İstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) gündəlikdə duran cari məsələlərlə iştirakçıları tanış edib.
AMEA Folklor İnstitutunda vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı institutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmi Şura üzvləri sözügedən məsələyə münasibət bildiriblər.
“Klassik folklor” şöbəsinə dos., fil.ü.f.d. Rza Xəlilov, “Musiqi folkloru” şöbəsinə isə sən.ü.e.d., prof. Nailə Rəhimbəyli müdir seçiliblər.
Gündəlikdə duran ikinci məsələ – “Mürsəl Həkimov-85” mövzusunda məruzə edən institutun “Mifologiya” şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy tanınmış folklorşünas, prof. Mürsəl Həkimovun həyatı, yaradıcılığı haqqında ətraflı bilgi verib.


Fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) M.Həkimovun alim kimi özünəməxsusluğu, yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun aşıq sənətinin mahir bilicisi, araşdırıcısı olduğunu vurğulayıb.
“Aşıq yaradıcılığı” şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli M.Həkimovun folklor toplayıcılığı fəaliyyətinə toxunub, bu sahədəki fədakarlığını ayrıca qeyd edib.
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, prof. Kamran Əliyev M.Həkimovun elmdə yenilikçilyindən və portret cizgilərindən danışıb.
Prof. Seyfəddin Qəniyev mərhumun Azərbaycan aşıq məktəblərinə dərin bələdliyindən danışıb, xatirələrini bölüşüb.
Sonda M.Həkimovun qızı, b.ü.f.d. Nübar Həkimova atasının xatirəsinin yad edilməsinə görə institutun rəhbərliyinə, çıxışçılara təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.