Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
8.5.2014

Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtı

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-2014-cü illəri əhatələyən “Azərbaycanın xalq yaradıcılığı paytaxtları” mövzusunda 3 nominasiya üzrə keçirilən müsabiqədə Balakən rayonu 2014-cü il üzrə folklorumuzun paytaxtı elan olunmuşdur.
Bundan qaynaqlanaraq 01.05.2014-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin (Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzin) AMEA Folklor İnstitutunun və Balakən Rayon İcra Hakimiyyətinin (o cümlədən rayon Mədəniyyət və Turizm Şöbəsinin) birgə təşkilatçılığı ilə Balakən rayonunda dəyirmi masa keçirildi. Səhər saatlarında qonaqlar və təşkilatçılar Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər, abidə önünə tər çiçəklər düzdülər. Sonra “Dəyirmi masa” öz işinə başladı.


“Folklorumuz və milli-mədəni dəyərlərimiz” mövzusunda keçirilən bu dəyirmi masada maraqlı məruzələr dinlənildi, faydalı təkliflər irəli sürüldü. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ruqiyyət Seyidova qonaqları salamladı və onun giriş sözü ilə dəyirmi masa fəaliyyətə başladı. Sonra RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova qısa nitq söylədi. Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzin direktoru, fəl. ü.e.d., professor Vilayət İsmayılov davamlı keçirilən bu yönümlü tədbirlərin mədəniyyətimizin inkişafı və təbliği istiqamətində yeni hadisə olduğunu qeyd etdi. Balakənin folklorumuzun paytaxtı seçilməsinin qanunuyğunluğa əsaslandığını çıxışında xüsusi vurğuladı. Sonra söz AMEA-nın Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar İmanova verildi. Birgə əməkdaşlığın yaxın vaxtlarda səmərə verəcəyinə inandığını bildirən natiq qeyd etdi ki, yalnız birgə əməkdaşlıq çərçivəsində mədəniyyətimizin və elmimizin kölgədə qalmış problemlərini səmərəli və operativliklə həll etmək mümkün olacaq. Bu baxımdan “Dəyirmi masa”nı əməkdaşlığımızın yeni sferaya qədəm qoymasının uğurlu başlanğıcı hesab etmək olar. Daha sonra “Dəyirmi masa”da bir neçə maraqlı məruzə dinlənildi:


A.Əhmədlinin (Folklor İnstitutunun əməkdaşı) “Balakən folklorunun təbii-sosial və tarixi qaynaqları”; X.Mirzəyevin (Balakən Tarix Diyarşünaslıq Muzeyinin direktoru) “Mədəni irsin qorunması və təbliğində muzeylərin rolu”; T.Sultanın (Balakən şəhər kitabxanasının əməkdaşı) “Balakənin söz sənəti”; L.Süleymanovanın (Folklor İnstitutunun sektor rəhbəri) “Folklor və etnoqrafiya vasitəsilə turizmin inkişaf etdirilməsi” mövzularında məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Tədbirdə qonaq statusunda iştirak edən Z.Atakişiyeva (Zaqatala Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri) dəvət olunduğuna görə balakənli həmkarına təşəkkürünü bildirdi, qarşılıqlı əməkdaşlığın regional inteqrasiyanı daha da intensivləşdirəcəyini söylədi.
“Dəyirmi masa” bitdikdən sonra rayon folklor qrupları musiqi proqramı ilə çıxış etdilər. Koloritli çıxışlar iştirakçılar tərəfindən maraqla izlənildi. Tədbir başa çatdıqdan sonra qonaqlar və iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.