8.5.2014
Əməkdaşlarımız “XXVI Uluslararası Kıbatek Edebiyat sempozyumu”nda iştirak etmişlər
 AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin əməkdaşları fil.ü.f.d. Aynur Aydın qızı İbrahimova, fil.ü.f.d. Fidan Atakişi qızı Qasımova, fil.ü.f.d. Nizami Murad oğlu Məmmədov, şöbənin doktorantı Aytac Hicran qızı Abbasova 28-29 aprel, 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “XXVI Uluslararası Kıbatek Edebiyat sempozyumu”nda iştirak etmişlər.
“Belkıs Halim Vassaf Anısına Edebiyatta kadın sempozyumu”nda fil.ü.f.d. Aynur İbrahimova “Azərbaycan ədəbiyyatında gender problemi”, fil.ü.f.d. Fidan Qasımova “Nizami Gəncəvi əsərlərində qadın obrazları”, fil.ü.f.d. Nizami Muradoğlu “Hüseyn Cavidin əsərlərində türk qadını obrazının xarakterik xüsusiyyətləri”, şöbənin doktorantı Aytac Abbasova “Ümumtürk folklorunda mifoloji qadın obrazı” adlı məqalələrlə çıxış etmişlər.








|