Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
23.4.2014

Folklor İnstitutu ilə Turizm İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb

Aprelin 22-də Azərbaycan Turizm İnstitutunda AMEA Folklor İnstitutu ilə Turizm İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbiri giriş sözü ilə institutun rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov açıb, qonaqları səmimiyyətlə salamlayıb, Azərbaycanın zəngin folklor sərvətlərinin toplanılması, çap olunması və araşdırılmasında Folklor İnstitutunun gördüyü işləri yüksək dəyərləndirib. O, elmi müəssisələr arasındakı əməkdaşlığın gərəkliyindən danışıb, bu sahədə münasibətlərin inkişafına əminliyini bildirib.
AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) Turizm İnstitutundakı sağlam mənəvi mühiti yüksək dəyərləndirib. Bildirib ki, bu əməkdaşlıq dövlət və xalq üçün faydalıdır: “Mədəniyyətimizin öyrənilməsi, tədqiqi, təbliği, nəşri istiqamətində indiyə kimi görülməyən işləri görüb, o mədəniyyəti ilk növbədə özümüzə tanıda bilərik. Hər iki institutun ən böyük amacı budur”.
M.Kazımoğlu Folklor İnstitutunun son illərdə böyük uğurla həyata keçirdiyi layihələrdən danışıb.


Bildirilib ki, institutlar arasında imzalanan niyyət protokolunda Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, qeyri-maddi mədəni irsinin, tarixi-etnoqrafik dəyərlərinin toplanması, tədqiqi, bu istiqamətdə əldə edilmiş nəticələrdən ölkənin turizm imkanlarının genişləndirilməsində, Azərbaycanın dünya turizm bazarına inteqrasiyasında, xalqımızın özünəməxsus ənənələrinin təbliğində səmərəli istifadə edilməsi məsələləri öz əksini tapıb. Azərbaycanda turizmin inkişafı ilə bağlı birgə tədbirlərin təşkili, yerli imkanların öyrənilməsi, bu yöndə elmi tədqiqatların aparılması, turizm kadrlarının hazırlanması prosesində mövcud imkanlardan qarşılıqlı səmərəli istifadə edilməsi, birgə elmi konfransların, seminarların, ezamiyyələrin və digər tədbirlərin təşkili də nəzərdə tutulur. Memorandumun praktik icrasını təşkil etmək məqsədilə hər iki tərəfdən mütəxəssislər qrupunun yaradılması da nəzərdə tutulur.
Sonra C.Cəfərov və M.Kazımoğlu (İmanov) əməkdaşlıq memorandumunu imzalayıblar.
Tədbir çərçivəsində ATİ və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan əfsanələr diyarı” mövzusunda maraqlı fikir bölüşmələri olub.
Prof. Füzuli Bayat, prof. Nailə Rəhimbəyli, prof. Xaləddin İbrahimli, Nizami Əliyev, fil.ü.f.d. Elxan Məmmədli, Əli Şamil, Atəş Əhmədli və başqaları çıxış ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.