Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.3.2014

Əməkdaşımız beynəlxalq konfransda iştirak edib

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil 2014-cü ilin mart ayının 10-dan 14-dək Türkmənistanda keçirilən “Cənub şərqi Türkmənistanın irsi qədim və orta əsrlər Avrasiya mədəniyyəti kontekstində” adlı beynəlxalq elmi konfransda iştirak edib. Konfransa Amerika Birləşmiş Ştatları, Almaniya, Azərbaycan, Polşa, Macarıstan, Norveç, Rusiya, Ukrayna, Belorusiya, Moldova, Türkiyə, Hindistan, Pakistan, İran, Koreya, Yaponiya və başqa dövlətlər olmaqla dünyanın 37 ölkəsindən 70 elm adamı dəvət olunub. Yerli tədqiqatçılarla birlikdə konfransda yüzdən artıq elm adamı iştirak edib. Müxtəlif ölkələrin elm adamlarının iştirak etdiyi beynəlxalq elmi konfransda Ağaverdi Xəlilin “Orta əsrlər dövrü oğuz türklərinin mərasim mədəniyyəti” (“Məcməül əmsali Məhəmmədəli” “Oğuznamə”sinin materialları əsasında) mövzusunda məruzəsi dinlənilib, maraqla qarşılanıb. Məruzədə qədim və orta əsrlər dövrünün mədəni gerçəkliyi mərasim mədəniyyətinin müxtəlif aspektləri, din, əxlaq, dəb və ədəb haqqında olan məlumatlar araşdırılıb və təhlil edilib. Məruzə ətrafında geniş müzakirələr aparılıb.
Bildirək ki, beynəlxalq konfrans Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedovun sərəncamına uyğun olaraq Türkmənistan Elmlər Akademiyası tərəfindən təşkil edilmişdi. Konfrans öz işinə mart ayının 10-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində başlayıb, mart ayının 12-13-də işini Türkmənbaşı şəhəri ətrafında yeni salınmış turistik bölgə olan Avazada davam etdirib.
Konfransı Türkmənistan Elmlər Akademiayasının prezidenti Q.Mezilov açıb, Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdimuxamedovun konfransa təbrik məktubunu təqdim edib.
Konfransda aşağıdakı elmi istiqamətlər üzrə məruzələr dinlənilib:
1.Qüdrətlilik və xoşbəxtlik dövründə Türkmənistanın mədəni irsi.
2.Cənub-şərqi Türkmənistanın maddi və mənəvi mədəniyyəti və Böyük İpək yolu.
3.Cənub-şərqi Türkmənistanın tarixi-arxeoloji abidələri və onların elmi şəkildə öyrənilməsi.
4.Cənub-şərqi Türkmənistanın etnoqrafik irsi və regional tarixi-mədəni əlaqələr.
Konfrans mart ayının 13-də Avazda öz işini yekunlaşdırıb, bölmə sədrlərinin hesabatları dinlənilib, Akademiyanın prezidentinin çıxışı ilə qapalı elan edilib.
Ağaverdi Xəlil Türkmənistanda olduğu müddətdə Türkmənistan televiziyasında konfransda qoyulan məsələlərlə bağlı çıxış edib, rəsmi dövlət qəzeti olan “Türkmənistan” qəzetinə müsahibə verib.
Əməkdaşımız Türkmənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda, Dil və Ədəbiyyat İnstitutunda, Tarix İnstitunda, Əlyazmalar İnstitutunda olub, yerli tədqiqatçılarla görüşüb, elmi tədqiqatlar və əlaqələr haqqında müzakirələr aparıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.