Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.3.2014

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Martın 7-də Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu AMEA-nın Folklor, Memarlıq və İncəsənət İnstitutları ilə birgə elmi konfrans keçirib.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolundan ətraflı danışıb. Heydər Əliyevin Naxçıvanda tarixi fəaliyyətini xüsusi qeyd edən akademik İ.Həbibəyli prezident İlham Əliyevin Muxtar Respublikanın 90 illiyi ilə bağlı imzaladığı sərəncamın böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İ.Həbibbəyli ölkənin digər regionları ilə yanaşı, Naxçıvana da dövlət tərəfindən xüsusi qayğı göstərildiyini önə çəkib. Akademik ölkə prezidentinin sərəncamına uyğun olaraq, Muxtar Respublikanın yubiley tədbirlərinə start verildiyini, bu məqsədlə AMEA-da beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu, akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində silsilə tədbirlərin planlaşdırıldığını qeyd edib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi altında Naxçıvan tarixinə həsr olunmuş üçcildliyin nəşrə hazırlanmasını nəzərə çatdıran akademik İ.Həbibbəyli yaxın müddətdə AMEA-da bu qədim diyara aid biblioqrafik göstərici və məqalələr toplusu nəşr ediləcəyini, bununla bağlı AMEA rəhbərliyi tərəfindən qərar qəbul edildiyini diqqətə çatdırıb. Akademik Naxçıvana aid, ümumiyyətlə, ölkənin digər regionları ilə əlaqədar kitab və məqalələrin müntəzəm olaraq çap edildiyini yüksək qiymətləndirib, bu istiqamətdə işlərin bundan sonra da davam etdirilməsini məqsədəuyğun hesab edib.
Memarlıq ü.f.d. Rizvan Qarabağlı (AMEA Memarlıq və İncəsənət İnstitutu) “Azərbaycan memarlığının Naxçıvan məktəbi” mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvanın zəngin memarlıq ənənəsindən, onun Azərbaycan memarlıq ənənəsi ilə qarşılıqlı əlaqəsindən danışıb.


AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, f.ü.e.d. Tahirə Məmməd “Naxçıvan ədəbi mühiti: tarixi ənənə və müasirlik” adlı məruzəsində Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yolda Naxçıvanın yetirdiyi qələm adamlarının yaradıcılığından danışıb, Naxçıvandakı ədəbi məclis və məktəblərin ümum Azərbaycan ədəbi-mədəni həyatına təsirini vurğulayıb, Naxçıvan ədəbi mühitinin özəlliyi kimi onun heç zaman elmdən ayrılmadığını bildirib.
AMEA Folklor İnstitutunun direktoru, f.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) “Naxçıvan folklorunun regional özünəməxsusluğu” adlı məruzəsində bildirib ki, Naxçıvan folkloru Azərbaycan folklorunun, bütövlükdə ümumtürk folklorunun və dünya folklorunun tərkib hissəsidir. Bununla yanaşı, Naxçıvan folklorunun regional özünəməxsusluqları var.


M.Kazımoglu aşıq sənətinin Naxçıvanda zəngin tarixi ənənəsi olduğunu bildirib. O, Naxçıvan folklorunun başqa regionlar üçün çox da səciyyəvi olmayan işlək janrları (yallılar, yallıbaşı nəğmələr, haxıştalar, gülümeylər, “Xanbəzəmə” tipli meydan tamaşaları və s.) haqqında danışıb.
M.Kazımoglu Naxçıvan folkloru üçün səciyyəvi janrlardan olan miflər, əfsanələr, sehrli nağıllar, bahadırlıq nağılları, lətifələr və s. haqqında da ətraflı, maraqlı bilgi verib.
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri, f.ü.f.d. Bəxtiyar Əsgərov çıxışında Naxçıvanın hərtərəfli inkişafından danışıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.