Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
12.2.2014

Əməkdaşlarımız folklorçuların Moskvada keçirilən III Beynəlxalq konqresində iştirak etdilər

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy fevral ayının 3-dən 8-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən folklorçuların III Beybəlxalq konqresində iştirak ediblər.Konqres Rusiya Federasiyasının Mədəniyyət nazirliyi tərəfindən təşkil edilmişdir. Rusiya Federasiyası Mədəniyyət nazirliyi “Respublika dövlət rus folkloru mərkəzi”nin təşkilatçılığı ilə hazırlanmış bu möhtəşəm tədbir dünyanın bütün qabaqcıl ölkələrinin elm adamlarını özünə cəlb etmişdi.Tədbir iştirakçıları Mədəniyyət nazirliyinin Dövlət rus folkloru mərkəzinə toplaşmış, oradan Moskva şəhərindəki Mərkəzi Alimlər Evinə gəlmiş və möhtəşəm açılış mərasimi Alimlər Evində gerçəkləşdirilmişdir. Konqresin açılış mərasimində Rusiya Fedarasiyası Mədəniyyət nazirinin müavini, nazirin köməkçisi, Dövlət rus folkloru mərkəzinin direktoru və digər rəsmi şəxslər, Rusiya Elmlər Akademiyasının müvafiq qurumlarının rəhbərləri iştirak etmiş və açılış mərasimində çıxış etmişlər. Konqresi Rusiya Federasiyası Mədəniyyət nazirinin birinci müavini Vladimir Vladimiroviç Aristarxov açmış, iştirakçıları salamladıqdan sonra RF Mədəniyyət naziri Vladimir Rostislavoviç Medinskinin Konqres iştirakçılarına ünvanladığı Təbrik məktubunu oxumuşdur. Bundan sonra nazir müavini ənənəvi mədəniyyətin, o cümlədən folklorun öyrənilməsi, qorunması və populyarlaşdırılmasının vacibliyindən, bu istiqamətdə Rusiya hökumətinin gördüyü işlərdən və perspektiv fəaliyyət proqramlarından bəhs etmiş, konqresin işinə uğurlar arzulamışdır.Bunun ardınca Rusiya hökumət nümayəndələrinin çıxışları davam etmişdir.Bu sırada Rusiya federasiyası Mədəniyyət nazirliyi “Respublika dövlət rus folkloru mərkəzi”nin baş direktoru Anatoli Stepanoviç Karqinin çıxışı dinlənilmişdir. A.V. Karqin çıxışında “Mərkəz”in fəaliyyəti haqqında məlumat vermiş və Konqresin qarşısında duran vəzifələrdən danışmışdır.Konqresin açılış iclasında Azərbaycan Milli Elmlər Akademiaysı Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilə çıxış üçün söz verilmişdir.Ağaverdi Xəlil Konqres iştirakçılarını salamladıqdan sonra müasir dövrdə humanitar elmi əlaqələrin aktual problemlərindən və əlaqələrin inkişaf yollarından, perspektiv istiqamətlərindən, ənənəvi mədəniyyətin, o cümlədən folklorun öyrənilməsinin , qorunmasının və təbliğinin təşkilində elmi metodoloji yanaşmalar və prinsiplərin təkmilləşdirilməsinin zəruriliyindən bəhs etmişdir. A.Xəlil Rusiya ilə elmi əlaqələrin genişləndirilməsinin, folklorun daha mütəşəkkil şəkildə öyrənilməsi ilə bağlı əməkdaşlığın intensivləşdirilməsinin və birgə fəaliyyət üçün müvafiq layihələrin hazırlanmasının vacibliyini və əhəmiyyətini diqqətə çatdırıb.Gələcəkdə ortaq şəkildə işlənməsi hər iki tərəf üçün faydalı olan layihə mövzuları təklif edib. Rusiya Federasiyası Mədəniyyət nazirinin birinci müavini V.V. Aristarxov A. Xəlilin çıxışında təqdim edilən təkliflərə münasibət bildirib və bu təkliflərin Rusiya hökuməti tərəfindən ciddi şəkildə dəyərləndiriləcəyini və hökumətin müvafiq addımlar atacağını qeyd edib.Bundan sonra İtalyadan gəlmiş nümayəndəyə söz verilib. Sonda Konqresin təşkilat işlərinə rəhbərlik etmiş Dövlət rus folkloru mərkəzinin elmi katibi Varvara Yevgeniyevna Dobrovolskaya geniş çıxış etmiş, öncə keçirilmiş iki konqresdən, konqresin hazırlıq prosesindən bəhs etmişdir. Çıxışının sonunda ikinci konqresdən sonra vəfat etmiş folklorçu alimlər (Dalqat, Baxtina və b.) haqqında məlumat vermiş və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra açılış mərasimi sona çatmış, iştirakçılar Moskva ətrafında yerləşən RF İqtisadi inkişaf nazirliyinin “Voronovo” sanatoriyasına transfer edilmişdir. Fevral ayının 4-dən 8-ə qədər Konqres bölmələr üzrə iclaslarla davam etmişdir.
Konqresdə iştirak üçün dünyanın hər yerindən elm adamları gəlmiş və aralarında dünyanın ən məşhur folklorşünaslarının da yer tutduğu 450 məruzə dinlənilmişdir. Fevral ayının 5-də Konqresin “Elmin tarixi” bölməsində Ağaverdi Xəlilin “Rus tarixi-filoloji məktəbi və Azərbaycan folklorşünaslığı”, “Epos” bölməsində isə Seyfəddin Rzasoyun “Azərbaycan eposu: tədqiqinin və müasir vəziyyətinin problemləri” mövzusundakı məruzələri böyük maraqla dinlənilmişdir. Hər iki məruzədə Azərbaycanın Qarabağ bölgəsinin humanitar fəlakətindən, Qarabağ folklor mühitinin itki və zədələrindən də bəhs olunmuşdur.
Folklorçuların, etnoloqların, filoloqların, antropoloqların, sənətşünasların, etnomusiqişünasların və başqa ənənəvi mədəniyyət tədqiqatçılarının elmi həyatında öz mühüm nəticələrinə görə möhtəşəm forumlar olan bu konqresin birincisi 2006-cı ildə, ikincisi isə 2010-cu ildə keçirilmişdir. RF Mədəniyyət nazirliyinin təşkil etdiyi Ümumrusiya folklorçularının III konqresi aşağıdakı tematik bloklar üzrə həyata keçirilmişdir:



1. Folklor müasir informativ və mədəni məkanda.
• Akademik xalq sənəti və folklor.
• Folklorun səhnə təcəssümü.
• Müasir şəhər folkloru.İnternetdə folklor.
• Verilənlər bazası və folklor materialları arxivi.
• Folklorşünaslıqda informasiya texnologiyaları.
• Müasir polimədəni məkanda etnomədəniyyət.
• Müəllif yaradıcılığında folklor.Folklorizm.
• Mətbuatda və KİV-də folklor.

2.Folklorun tarixi və nəzəriyyəsi problemləri.
• Folklorun poetikası və mətnşünaslıq.Folklorun dili.
• Etnomusiqişünaslıq.Etnoxorelogiya.Etnoorqanologiya.
• Dekorativ-tətbiqi sənət və xalq sənətkarlığı.
• Ənənəvi oyun mədəniyyətinin problemləri.
• Sahə tədqiqatlarının strategiya və taktikası.
• Folklorşünaslığın regional və milli problemləri.
• Folklor elminin tarixi.
• Folklorşünaslıq digər elmlər kontekstində.

3. Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri.
• Məktəbəqədərki müəssisələrdə uşaqlara folklor dəyərlərinin öyrədilməsi.
• Folklor praktikasının təşkili üzrə mədəni istirhaət və konsert təşkilatlarının fəaliyyəti.
• Müasir festivallar və folklor müsabiqələri.
• Xalq yaradıcılığı sahəsində menecment.



Bu bloklar üzrə məruzlər bölmə iclaslarında dinlənilmiş və müzakirə edilmişdir.Məruzlər müvafiq olaraq “Mərasim folklorunda söz və musiqi”, “Folklorun dili”, “Lokal ənənə və mədəniyyət: müasir tədqiqatlar”, “Dəyirmi stol: “Dəyirmi yazı folklor janrı kimi: transmissiya, mətnlər və təcrübələr”, “Folklor və sənətin marginal formaları qarşılıqlı mədəni əlaqə məkanında”, “Xalq xoreoqrafiya mədəniyyətinin öyrənilməsi və mənimsənilməsi problemləri”, “Nağıl ənənəsinin öyrənilməsi problemləri və perspektivləri”, “Dekorativ-tətbiqi sənət və müasir dünyada ənənəvi sənətlər”, “Musiqi folkloru və etnomusiqişünaslıq:problemləri və perspektivləri”, “Etnobiologiya: ənənə və müasirlik”, “Xalq inamları: rəsmi doktrina və xalq izahı”, “Qeyri nağıl nəsrinin öyrənilmsi problemləri”, “Mahnı elmlərarası tədqiqat obyekti kimi”, “Davranış normativləri və xalq etikası”, “Folklor və müəllif yaradıcılığı”, “Elmin tarixi”, “Müasir folklor”, “Folklor ənənəsinin aktuallaşdırılması problemləri”, “Müasir dünyada etnomədəni məkanın yaradılması”, “Rusiyanın epik irsi”, “Dəyirmi masa: “XXI əsrdə lokal ənənə və mədəniyyətin fomalaşması mexanizmlərinin öyrənilməsi”, “Folklor və etnik tarix”, “XXI əsrdə ənənəvi mədəniyyət”, “Folklor arxivləri”, “Magik praktikalar”, “Folklor: ümumi bilik, ümumi hiss, ümumi yer”, “Etnik əlaqələr şəraitində ənənəvi mədəniyyət”, “Folklor və epik tarix”, “Etnomədəni təhsil:uşaq bağçasından institutadək”, “Dəyirmi stol: “Müasir kontekstdə formalar, obrazlar, ənənəvi motivlər. Folklor sözünün ikinci həyatı”, “Muzey ənənəvi mədəniyyətin populyarlaşdırılması vasitəsi kimi”, “Dəyirmi stol:”Balalayka:keçmiş və müasirlik” və s. olmaqla 31 bölmədə müzakirə edilmişdir.
Bölmələrlə yanaşı folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinin dəyirmi masalarda, diskussiya klublarında müzakirəsi keçirilmiş, seminarlar təşkil edilmiş və məşhur xalq sənətkarlarının çıxışları dinlənilmişdir. Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçirilmiş, folklor kollektivlərinin çıxışları olmuş, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil edilmişdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.