İNSTİTUTUMUZUN ƏMƏKDAŞLARININ XARİCİ ÖLKƏLƏRƏ SƏFƏRLƏRİ
Payız fəsli AMEA Folklor İnstitutu üçün olduqca uğurlu başlamışdır. Belə ki, institutun əməkdaşları bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişlər.
Türk xalqlarının folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Muxtar İmanov TÜRKSOY ve Yakın Doğu Üniversitesi işbirliğiyle Türk destanlarının bütün yönleriyle işleneceği 25-26-27-28 Ekim 2010 tarihleri arasında Kuzey Kıbrıs Türk Cumhuriyyetinde (KTC) “Dede Korkut ve Geçmişten Geleceğe Türk Destanları Uluslararası Sempozyumunda olduqca dəyərli məruzə ilə çıxış etmişdir.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi Prof. Dr. İsmail ÖMEROĞLU, Folklor nəzəriyyəsi şöbəsinin müdiri Doç. Dr. Halil AĞAVERDİ, Xarici folklor əlaqələri sektorunun müdiri Əli Şamilov 1-4 Noyabr 2010-cu ildə Türkiyənin Alanya şəhərində Atatürk Kültür Merkezi, Akdeniz Üniversitesi, Alanya Belediyesi, Alanya Ticaret Odası Başkanlığının (Kilim, Cicim, Sumak) Sempozyumunda diqqətiçəkən məruzələr etməklə yanaşı, hər üçü həm də bölmə iclaslarına sədrlik etmişlər.
Xarici folklor əlaqələri sektorunun müdiri Əli Şamilov və Aşıq yaradıcılığı şöbəsinin elmi işçisi Fəxrəddin Baxşəliyev 28-30 noyabr 2010-cu ildə Türkiyənin İstanbul şəhərində 5. Uluslararası İnanç Önderleri Toplantısında iştirak emişlər.
Xarici folklor əlaqələri sektorunun müdiri Əli Şamilov 3-6 Noyabr 2010-cu ildə Türk Tıp Tarihi Kurumu tərəfindən İstanbulda təşkil olunan Avrupa Kültür Başkenti – İstanbul 2010 Sempozyumunda tibb tariximizdən bəhs edən “İstanbul'un Tip Profesörü Azerbaycanli Ali Bey Hüseyinzade Turan” məruzəsi də sempozyum iştirakçilarının diqqətini çəkmişdir. Məruzə “Geçmişten günümüze İstanbulda sağlık (2010). (Kongre bildiri kitabı, editörler Prof.Dr.Ayşegül Demirhan Erdemir, Prof.Dr.İbrahim Başağaoğlu, Prof.Dr.Öztan Öncel, Dr. Sezer Erer), she.74-80, Nobel yayın No1605, İstanbul. Kitabında çap edilmişdir.
Aynur Qəzənfərqızı |