13.1.2014
 R.B.Əskərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 yanvar 2014-cü il. |